SİYASƏT
ALTERNATİV NAMİZƏDLƏR AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİ SEÇKİLƏRDƏ QAZANDIĞI QƏLƏBƏ MÜNASİBƏTİLƏ TƏBRİK ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, oktyabrın 15-də Azərbaycanda keçirilmiş seçkilərdə prezidentliyə namizəd olmuş Fazil Mustafayev, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Fuad Əliyev və Hafiz Hacıyev Prezident İlham Əliyevi seçkilərdə böyük üstünlüklə qalib gəlməsi münasibətilə təbrik etmişlər.
Seçkilərin azad, şəffaf və demokratik keçirildiyini bildirən namizədlər İlham Əliyevin qələbəsinin ölkəmizin dinamik inkişafını təmin edən islahatların, əhalinin rifah halının yüksəldilməsi, işsizliyin azaldılması, yeni iş yerlərinin açılması üçün həyata keçirilən məqsədyönlü tədbirlərin, uğurlu neft strategiyasının, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun məntiqi nəticəsi olduğunu vurğulamışlar.
Onlar demişlər ki, Azərbaycanın taleyi növbəti 5 ildə də etibarlı əllərdədir.