DÜNYA
Altı yaşlı milyonçu
Bakı, 14 mart (AZƏRTAC). Altı yaşlı İzabella Barrett dünyanın ən gənc milyonçusudur. Artıq 2 milyon dollar qazanmış İzabella anasının köməyi ilə şirkət yaradaraq biznesini daha da genişləndirmək niyyətindədir.
Tərəfdaşları İzabellanı çox ağıllı, bacarıqlı iş xanımı kimi səciyyələndirmişlər. O, təhsil aldığı məktəbin təmir və bərpasına 400 min dollar məbləğində ianə ayırmışdır.
İzabella Barrettin anası Syuzan Barret yaratdığı “Glitzy Girl” kolleksiyasının ilk aksessuarlarını reklam etdirəndə qızından yararlanmışdır. Balaca İzabellanın o zaman 4 yaşı vardı və qız “Toddlers” and “Tiaras” şirkətlərinin ən kiçik, azyaşlı modeli idi.
Yeniyetmə qızlar üçün parfümeriya, kosmetika və aksessuarlar istehsal edən “Glitzy Girl” şirkətinin reklam kampaniyalarına çəkiləndən sonra İzabella anasının yeni məhsullarını dəyərləndirən test-ekspert olmuşdur.
İzabellanın dəyərləndirmələri dəqiq olduğundan iri brendlər və modalar evləri də balaca “ekspert”ə müraciət etməyə başlamışlar.
ABŞ-ın Rod-Aylend ştatında yaşayan İzabella Barret modelyer olmaq niyyətindədir.