İQTİSADİYYAT
Alüminium məhsullarının ixrac coğrafiyası genişlənir
“Azəralüminium” MMC ilk dəfə ABŞ-a 2100 ton məhsul ixrac edib
Bakı, 12 noyabr, AZƏRTAC
“Azəralüminium” MMC Sumqayıt Texnologiyalar Parkı ilə kooperasiya əlaqələrinin yaradılması nəticəsində alüminium xəlitələrdən silindrik pəstahların istehsalına başlayıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, həmin məhsulların sınaq partiyasının müasir dünya standartlarının tələblərinə uyğunluğu avropalı mütəxəssislər tərəfindən təsdiq edildikdən sonra, ümumilikdə 6000 ton məhsul istehsala buraxılıb. Bunun 12 milyon ABŞ dolları dəyərində olan 5700 tonu Avropa bazarlarına ixrac edilib. Müəssisənin tarixində ilk dəfə olaraq ABŞ-a 2100 ton məhsul ixrac edilib.
2020-ci ildə ABŞ-a 33 milyon dollarlıq alüminium məhsullarının satışı üzrə müqavilələr imzalanıb.