ELM VƏ TƏHSİL
AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclası keçirilmişdir
Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, büro üzvləri və institut direktorlarının iştirak etdiyi iclasda FRTEB üzrə 2012-ci ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri, Fizika İnstitutunun elmi katibi, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanovun və institutun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Məmməd Abdullayevin 75 illik yubileylərinin keçirilməsi və institutun strukturunda dəyişiklik edilməsi məsələləri müzakirə olunmuşdur.
Sonra bir sıra kadr məsələlərinə də baxılmışdır.