ELM VƏ TƏHSİL
AMEA Humanitar Elmlər Bölməsində elmi-təşkilati məsələlər müzakirə edilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin büro iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, akademik Teymur Kərimli bölmə üzrə qarşıda duran məsələlərdən danışıb. Həyata keçirilmiş tədbirlərdən söz açan akademik Teymur Kərimli bir sıra elmi-təşkilati məsələlərə toxunub. İlk olaraq Folklor İnstitutunun strukturunda dəyişiklik edilməsi, o cümlədən institutda Folklor nəzəriyyəsi şöbəsinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra bu şöbənin formalaşdırılmasıyla bağlı layihənin Rəyasət Heyətinə təqdim olunacağı bildirilib.
Gündəlikdəki növbəti elmi-təşkilati məsələ Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasının tərkibində dəyişiklik edilməsi haqqında olub.
Büro iclası müxtəlif vəzifələrə öz fəaliyyətləri ilə fərqlənən uyğun kadrların müəyyənləşdirilməsi əsnasında davam edib.