REGİONLAR
AMEA Naxçıvan Bölməsində virtual sərgi təşkil edilib
Naxçıvan, 7 avqust, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında bu elmi qurumun yubileyi ilə əlaqədar virtual sərgi təşkil edilib.
Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi-18” adlı sərgidə Naxçıvan Muxtar Respublikasında elmin keçdiyi inkişaf yolunu əks etdirən kitablar nümayiş etdirilir. Həmçinin bölmənin yaradılması ilə bağlı imzalanan rəsmi sənədlər, əməkdaşların müxtəlif elmi nəşrləri, dövri mətbuat nümunələri oxuculara təqdim olunub.
Bundan əlavə, “Naxçıvan Ensiklоpediyası”, “Naxçıvan Abidələri Ensiklоpediyası”, “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu - Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ı, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” “Naxçıvan duzdağının qədim duz mədənləri”, “Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” və başqa fundamental əsərlər də virtual ziyarətçilərin ixtiyarına verilib.
Virtual sərgi ilə buradan tanış olmaq mümkündür: