ELM VƏ TƏHSİL
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda rusiyalı alimlə görüş keçirilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) Q.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dövlət qurumları və ictimai təşkilatlarla əlaqələr üzrə prorektoru, siyasi elmlər doktoru Sergey Markov ilə görüş keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Rusiyanın Cənubi Qafqazda yürütdüyü siyasət, onun daxili siyasəti və bir sıra digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə, həmçinin FSHİ və Rusiya İqtisadiyyat Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir.