ELM VƏ TƏHSİL
AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı Türkiyədə elmi müzakirələrdə iştirak edib
Bakı, 26 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun şöbə rəhbəri, dosent Mətanət Mehrabova Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, M.Mehrabova ODTU-nun metallurgiya və material mühəndisliyi bölməsinin laboratoriyasında aparılan son dərəcə əhəmiyyətli və innovativ işlərlə və cihazlarla tanış olub.
M.Mehrabova, həmçinin ODTU-nun fizika bölməsində elmi müzakirələrdə iştirak edib. Müzakirələr zamanı Türkiyənin Orta Doğu Texniki Universiteti ilə AMEA-nın Radiasiya Problemləri İnstitutu arasında birgə əməkdaşlıq imkanları müəyyənləşdirilib.