ELM VƏ TƏHSİL
AMEA-nın Tarix İnstitutu alimlərinin XVII türk tarix konqresində məruzələri maraqla qarşılanıb
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Tofiq Nəcəflinin “1590-cı il İstanbul sülhündən sonra Səfəvi-Osmanlı diplomatik əlaqələri”, ümumi tarix şöbəsinin müdiri, professor Tofiq Mustafazadənin “1723-1724-cü illərdə Osmanlı-Rusiya diplomatik əlaqələri”, tarix üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın “1918-1920-ci illərdə Türkiyə-Şimali Qafqaz əlaqələri”, dissertant Gülbəniz Cavadovanın “Səfəvi-Osmanlı münasibətləri Almaniya tarixşünaslığında” mövzularında elmi məruzələri dinlənilib.
Konqresdə institutun digər alimləri də müxtəlif mövzularda məruzələr ediblər.
Sonra geniş müzakirələr aparılıb.
Böyük şəxsiyyət Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1932-ci ildən etibarən türk tarix konqresinin keçirilməsinə başlanılıb.
Konqres Türkiyə ilə yanaşı, bütün türk xalqlarının tarixinin ən mühüm problemlərinin aydınlaşdırılması, ölkələr və xalqlar arasında elmi, mədəni əlaqələrin yaradılması və inkişaf etdirilməsinə mühüm töhfə verir.