İQTİSADİYYAT
Amerikalı biznesmen xanım Gəncədə sahibkar qadınlara karyera qazanmaq üçün məsləhətlər vermişdir
Gəncə, 6 dekabr (AZƏRTAC). Gəncədə ABŞ-ın nüfuzlu Stanford Universitetinin məzunu, hazırda Latın Amerikası ölkələrində böyük biznes qurmuş xanım Alisia Morqa ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan görüşdə amerikalı sahibkar xanım əsasən qərb bölgəsində biznes fəaliyyəti ilə məşğul olmaq arzusunda olan qadınlara karyera qazanmaq üçün məsləhətlər vermişdir.
Alisia Morqa qazandığı nailiyyətlərdən, bu uğurlara nail olmaq üçün keçdiyi çətin yoldan danışmışdır. Nailiyyətlərin gərgin zəhmət hesabına əldə edildiyini bildirən amerikalı xanım görüş iştirakçılarının bizneslə bağlı suallarına aydınlıq gətirmişdir.