DÜNYA
Amerikalı diplomat Madaqaskarda həlak olub
Vaşinqton, 25 sentyabr, AZƏRTAC
Birləşmiş Ştatların Madaqaskarda peşəkar diplomatı həlak olub. Bununla bağlı məlumat verən Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert əlavə edib ki, amerikalının ölümündə şübhəli bilinən şəxs saxlanılıb və yerli hakimiyyət nümayəndələri ilə ABŞ-ın rəsmi şəxsləri təhqiqat aparırlar.
AZƏRTAC xəbər verir ki, adı bilinməyən diplomatın meyiti cümə günü gecə saatlarında öz evində tapılıb. Onun ölüm səbəbləri hələ ki açıqlanmır. H.Noyert mərhumun ailəsinə və ABŞ-ın Antananarivudakı səfirliyinin əməkdaşlarına başsağlığı verib. O, ailə üzvlərinə hörmət əlaməti olaraq və istintaqın davam etməsi səbəbindən insidentlə bağlı əlavə məlumat verməkdən imtina edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]