ELM VƏ TƏHSİL
Amerikalı mütəxəssislər azərbaycanlı həmkarları ilə əməkdaşlıq edəcəklər
![](/files/galleryphoto/2015/3/1200x630/1447773421466795228_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/1447773421692027341_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/14477734211480245741_1200x630.jpg)
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də ABŞ-ın “Smithsonian” Təbiət Tarixi Milli Muzeyinin aparıcı tədqiqatçı antropoloqu, muzeyin Asiyanın mədəni tarixi proqramının direktoru Pol Teylor, bu ölkənin bir qrup alim və mütəxəssisi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun İçərişəhərdəki muzeyində olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu elm müəssisəsinin direktoru, professor Maisə Rəhimova qonaqlara ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın arxeologiya və etnoqrafiyasının inkişafına göstərilən müstəsna diqqət və qayğıdan söz açıb.
Qonaqlar xalqımızın zəngin qədim tarixini əks etdirən muzeyin eksponatları ilə tanış olublar. Son dövrlərdə Azərbaycan arxeoloqlarının uğurlu tədqiqatları barədə onlara ətraflı məlumat verilib.
Daha sonra amerikalı mütəxəssislər azərbaycanlı həmkarları ilə əməkdaşlıq barədə səmərəli fikir mübadiləsi aparıblar.