Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir
London, 4 iyul, AZƏRTAC
Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.
AZƏRTAC xəbər verir ki, səsvermə yerli vaxtla səhər saat 7:00-dan axşam 22:00-dək davam edəcək. Seçkilərin nəticələri axşam saat 23:30 radələrindən etibarən məlum olunmağa başlayacaq. Nəticələrin əksəriyyətinin isə cümə gününün erkən saatlarında, təxminən saat 6:30 radələrində açıqlanması proqnozlaşdırılır.
Altı həftəlik ümumi seçki kampaniyası boyunca keçirilən sorğu-anketlərə görə Leyboristlər Partiyasının qələbə qazanması yüksək ehtimallar arasındadır. Bəzi anketlərə görə Keir Starmer 1997-ci ildə qələbə çalan və Mühafizəkarlar Partiyasının 18 illik hakimiyyətinə son verən Leyboristlərin lideri Toni Bleyrdən də daha yüksək nəticə əldə edə bilər.
Qeyd edək ki, 2019-cu ildə keçirilən son seçkilərdə seçici fəallığı 67.3 faiz olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]