AMERİKALILAR DÖYÜŞ ROBOTU YARADACAQLAR
iRobot şirkətinin əməkdaşları John Deere istehsalı olan ikiyerli avtomobildə informasiyanın mənimsənilməsi üçün elektron qurğu quraşdıracaqlar. Belə bir qurğu əvvəllər Amerika hərbi robotlarında tətbiq olunmuşdur.
Yeni robot müstəqil rejimdə, habelə məsafədən, yaxud da əllə idarəolunma rejimində fəaliyyət göstərəcəkdir. Avtopilot işə salındıqdan sonra maşındakı əsgərlər diqqətini yayındırmadan digər vəzifələri yerinə yetirə biləcəklər.
Sensorlarla təchiz olunmuş robot video və audio kanallardan aldığı informasiyanı təhlil etməyə qabildir. Məhz bu keyfiyyəti sayəsində maşından patrul xidmətində və döyüş sürsatının daşınmasında istifadə etmək mümkündür.