Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AMERİKANIN ÇOX NÜFUZLU MƏTBUAT ORQANLARINDAN OLAN “VAŞİNQTON TAYMS” QƏZETİNİN 26 FEVRAL TARİXLİ NÖMRƏSİNDƏ “KASPİAN ENERCİ KONSALTİNQ”İN PREZİDENTİ VƏ CORCTAUN UNİVERSİTETİNİN PROFESSORU S.ROB SOBHANİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ABŞ-A SƏFƏRİNƏ HƏSR EDİLMİŞ MƏQALƏSİ DƏRC OLUNMUŞDUR. AzərTAc HƏMİN MƏQALƏNİ OXUCULARA TƏQDİM EDİR.
AZƏRBAYCAN AMERİKANI DƏSTƏKLƏYİR

Prezident Buş bu gün Ağ evdə Azərbaycan Prezidenti ilə - beynəlxalq terrorizmə qarşı müharibədə ABŞ-a qoşulmuş ilkin dövlətlərdən birinin və neftlə zəngin olan müsəlman ölkəsinin lideri ilə görüş keçirəcəkdir. Cənab Buş “Siz ya bizləsiniz, yaxud bizim əleyhimizəsiniz” - deyəndə, Azərbaycanın cavabı qətiyyətli olmuşdur: “Biz sizinləyik”.

Amerikadakı faciəli terrordan bir gün sonra Prezident Heydər Əliyev ABŞ səfirini ofisinə çağıraraq, öz ölkəsinin təcili və qeyd-şərtsiz dəstəyini təklif etmişdir. Keçmiş Sovet Siyasi Bürosunun yeganə müsəlman üzvü kimi, cənab Əliyev Üsəma ben Ladenin timsalında radikal islamçıların azad dünyaya törədə bildiyi təhlükələri aydın dərk edirdi və Amerikanın mübarizəsinə kömək etmək istədi.

Birincisi, cənab Əliyev dərhal Amerika hərbi təyyarələrinin Azərbaycan ərazisindən Əfqanıstana uçuşuna hava dəhlizi təklif etdi. İkincisi, Pentaqona NATO çərçivəsində olan ABŞ qoşunlarının Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilməyə də icazə verildi. Amerika qoşunları Azərbaycana məxsus ürək açıqlığı və qonaqpərvərliklə qəbul edildi. Üçüncüsü, Azərbaycan ABŞ-ı dəstəkləyərək, BMT-nin bütün qətnamələrinin lehinə səs verdi. Dördüncüsü, Azərbaycan hökuməti terrorçu qruplara maliyyə transferlərinin aşkar edilməsi üçün sərt mexanizmlərin yaradılması istiqamətində ABŞ Maliyyə Nazirliyi ilə birgə işləyir. Misal üçün, Azərbaycan hökuməti son vaxtlaradək beynəlxalq terrorçuluğu maliyyələşdirən müsəlman xeyriyyə cəmiyyəti kimi tanınan Beynəlxalq Xeyriyyəçilik (Benevolence İnternational) təşkilatının hesablarını dondurmağa müvəffəq oldu. Beşincisi, Azərbaycan Amerika hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edərək, çox təhlükəli 30 terrorçunu təhvil vermişdir. Həmin vaxtdan etibarən Azərbaycan keçmiş Sovet İttifaqındakı radikal islamçı qrupların fəaliyyəti haqqında dəyərli kəşfiyyat məlumatları təqdim etmişdir. Azərbaycan həmçinin Əfqanıstanın bərpası üzrə sülhyaratma səyləri çərçivəsində öz əsgərlərini bu ölkəyə göndərərək, suveren məsuliyyət rolunu öz üzərinə götürür.

Azərbaycan tərəfindən ABŞ-a təklif olunan dostluq terrorizmə qarşı müharibənin hüdudlarından çox-çox kənara çıxır. Azərbaycan 1991-ci ildə müstəqillik qazandığı andan etibarən əhəmiyyəti getdikcə artan bölgədə ABŞ-ın ardıcıl və möhkəm müttəfiqi olmuşdur. Cənubi Karolina ştatının ərazisi qədər və 7 milyonluq (8 milyondan çox - red.) əhalisi olan bu ölkə dünya neft ehtiyatlarının təxminən 10 faizinə malik Xəzər dənizinin sahilində yerləşir. Bu regionun Fars körfəzi ilə müqayisə oluna bilməməsinə baxmayaraq, Xəzər neftinin kəşfiyyatı, hasilatı və beynəlxalq bazarlara nəqli ABŞ xarici siyasətinin prioritetlərindəndir. Həmin siyasətin əsas elementi Azərbaycanın paytaxtı Bakı şəhərindən Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına doğru çəkiləcək Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Çoxları Xəzər dənizini Aralıq dənizinə birləşdirən bu çoxmilyonluq layihəyə xəyal kimi yanaşsa da, cənab Əliyevin rəhbərliyi və qətiyyəti Bakı-Tbilisi-Ceyhan boru kəmərini reallaşdırdı.

Azərbaycanın şiyə-müsəlman ölkəsi olmasına baxmayaraq, onun hökuməti kübar xarakterini saxlamağa səy göstərir. Azərbaycanın Amerikayönümlü (və İsrailyönümlü) mövqeyi ilə birlikdə kübar cəmiyyətini saxlamaq arzusu onun cənub qonşusu - İran İslam Respublikası ilə gərginlik yaratmışdır. Bu gərginlik özünü müxtəlif sahələrdə büruzə vermişdir. Ən aşkar hədələyici çağırışlardan biri İranın hərbi gəmiləri və hərbi təyyarələrinin müdaxiləsi nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Alov” neft yatağında aparılan işlərin dayandırılması olmuşdur. Azərbaycan hökuməti adından Britiş Petroleum tərəfindən (ABŞ-ın nəhəng neft şirkəti EksonMobil də tərəfdaşdır) kəşfiyyat aparılan “Alov” 10 milyard barrel neft ehtiyatları ilə dünyada istifadə edilməmiş ən böyük yataqdır (ABŞ-ın ümumi ehtiyatları 28 milyard barrel həddindədir). İranın bu cür güc nümayişi taktikasına baxmayaraq, cənab Əliyev Azərbaycanın müsəlman ölkəsi olsa da, onun kübarlılığının saxlanmasını və İranın təzyiqinə əyilməyəcəyini dəfələrlə təkrar edərək, öz mövqeyində möhkəm dayanmışdır.

Bunun müqabilində cənab Buş terrorçuluğa qarşı müharibədə öz müttəfiqinə nə təklif edə bilər?

Dağlıq Qarabağ uğrunda Ermənistanla münaqişəyə son qoyulmasında ABŞ tərəfindən daha güclü diplomatik səy göstərilməsi. Bu münaqişə nəzarətsiz qaldığı təqdirdə, Xəzər neft və qazının beynəlxalq bazarlara çıxarılmasında ABŞ-ın ümidlərinə xələl gətirə bilər.

Azərbaycanda kiçik, lakin daimi ABŞ hərbi hava bazası barədə danışıqlara başlamaq. Azərbaycanın Mərkəzi Asiyaya qapı, islam İranına bilavasitə qonşuluğu, Xəzərdən neft və qaz nəqlinin mərkəzi kimi strateji mövqeyi onu dünyanın getdikcə əhəmiyyəti artan, lakin qeyri-sabit bu hissəsində ABŞ-ın güc proyeksiyası üçün ideal məkana çevirir.

ABŞ Ticarət və İnkişaf Agentliyindən Azərbaycanın kənd təsərrüfatı sənayesinin inkişafının iri tədqiqat layihəsinin maliyyələşdirilməsini xahiş etmək. Azərbaycan dünyanın ən zəngin torpaqlarına malikdir və onun meyvələri çox gözəl ətirləri ilə məşhurdur. Çoxşaxəli sənayenin yaradılmasına yardım göstərilməsi orta təbəqənin artmasını təmin edəcək və güclü demokratiyanın əsaslarının qurulmasına təkan verəcəkdir.

Cənab Əliyevin rəhbərliyi altında Azərbaycan keçmiş sovet respublikasından Vaşinqtonun dostu və müttəfiqinə çevrilmişdir. Azərbaycan bu keçidə görə alqışlanmağa layiqdir və Amerika öz dostunu mükafatlandırmalıdır.

S.Rob Sobhani

“Vaşinqton Tayms” qəzeti, 26 fevral

2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub