Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün
DÖVLƏT PROQRAMI

                                                                        Azərbaycan Respublikası Prezidentinin

                                                                         2014-cü il 13 iyun tarixli Sərəncamı ilə
                                                                            təsdiq edilmişdir
  
1. Giriş
 
Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət  mərkəzindədir.        
 Son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilmişdir. Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılmış, müasir avadanlıqlarla təchiz edilmişdir. Bu da respublikanın şəhər və  rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaratmışdır.        
          Həyata keçirilmiş tədbirlər nəticəsində respublikada ana və körpə ölümü göstəriciləri azalmışdır. Belə ki, ana ölümü əmsalı hər 100 min diridoğulana 2006-cı ildə 34,2 olmuşdursa, 2013-cü ildə bu rəqəm 14,5 təşkil etmişdir. Körpə ölümü göstəricisi isə hər 1000 diridoğulana müvafiq illərə görə 11,9-dan 10,8-ə enmişdir.
          Bununla belə, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər hələ də qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq  təşkilatların ekspertlərinin rəylərinə əsasən bu sahədə görülmüş məqsədyönlü tədbirlərə və xidmətin göstəricilərinin yaxşılaşmasına baxmayaraq, respublikada diri və ölü doğulma hallarının mövcud meyarlarının beynəlxalq meyarlara uyğun olmamasına görə rəsmi statistik göstəricilər vəziyyətin real və obyektiv qiymətləndirilməsinə imkan vermir.
           Perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi, beynəlxalq diridoğulma meyarlarına keçilməsi vasitəsilə Azərbaycan Respublikasında perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşayardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatının yaxşılaşdırılması və digər məsələlərin həyata keçirilməsi vacib olan tədbirlərdir.
           Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbulu və həyata keçirilməsi nəzərdə tutulmuşdur.
                    
2. Dövlət Proqramının məqsədi və əsas vəzifələri
 
          2.1. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında qadınlara və uşaqlara göstərilən müalicə-profilaktika yardımının keyfiyyətini yüksəltmək, onların sağlamlıq vəziyyətini daha da yaxşılaşdırmaqdan ibarətdir.
         2.2. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardan ibarətdir:
          2.2.1. ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin  keyfiyyətinin yüksəldilməsi və kadr hazırlığının gücləndirilməsi;
          2.2.2. regionallaşdırma prinsipi əsasında perinatal yardım islahatlarının davam etdirilməsi;                                                                                                                                       
         2.2.3. doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi;
          2.2.4. uşaqlara, o cümlədən yenidoğulmuşlara, körpələrə göstərilən tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması;
        2.2.5. respublikada diridoğulmanın beynəlxalq meyarlarının tətbiq edilməsi;
         2.2.6. əhali, xüsusilə hamiləliyəqədərki dövrdə olan qadınlar və gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında səhiyyə maarifi işinin daha geniş surətdə aparılması və qadınların sağlamlığının mühafizəsi sahəsində tibbi xidmətin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi.
 
3. Dövlət Proqramının maliyyələşdirilməsi
        Dövlət Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.
        
4. Dövlət Proqramının həyata keçirilməsi  üzrə tədbirlər planı
 
 
Sıra
№-si
                       Tədbirin adı
 
İcraçı orqanlar
 
     İcra  
  müddəti
 (illər üzrə)
      1
                              2
               3
       4
  4.1. Perinatal yardımın səviyyələri üzrə tibbi xidmətin yaxşılaşdırılması
4.1.1.
Respublikanın şəhər və rayonlarında doğuşayardım xidməti göstərən aşağıdakı tibb müəssisələrinin təmiri və  tibbi avadanlıqlarla təchiz edilməsi:
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu; Mingəçevir Şəhər Rayonlararası  Doğum Evi; Salyan Rayon Mərkəzi Xəstəxanasının  mamalıq-ginekologiya şöbəsi; Masallı Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya şöbəsi; Goranboy Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya   şöbəsi; Zərdab Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya şöbəsi; Qəbələ Rayon Mərkəzi Xəstəxanasının mamalıq-ginekologiya şöbəsi
Səhiyyə Nazirliyi
2014-2018
4.1.2.
Yenidoğulmuşlara, xüsusən azçəkili 
Səhiyyə Nazirliyi
2014-2020
 
1
2
3
4
 
körpələrə reanimasiya yardımının göstərilməsi üçün doğuşayardım müəssisələrinin zəruri  tibbi avadanlıqlarla, dərman və tibbi ləvazimatlarla  təchiz olunması işinin təkmilləşdirilməsi
 
 
4.1.3.
 
  
 
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, akademik M.Ə.Mirqasımov
adına Respublika Klinik Xəstəxanasında, respublika və regional perinatal mərkəzlərində səyyar konsultativ xidmətin təşkili və onların xüsusiləşdirilmiş nəqliyyat vasitələri ilə təmin edilməsi
Səhiyyə Nazirliyi
 
2014-2015
 
                           4.2.  Antenatal yardım xidmətlərinin  təkmilləşdirilməsi
4.2.1.
Antenatal yardım göstərən tibb müəssisələri şəbəkəsinin işinin  təkmilləşdirilməsi
Səhiyyə Nazirliyi
2014
4.2.2.
Antenatal yardım göstərən tibb müəssisələrinin tibbi avadanlıq və cihazlarla təchizatının yaxşılaşdırılması
Səhiyyə Nazirliyi
2014-2015
           4.3. Sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara   
                                           yardımın göstərilməsinin təşkil edilməsi
 
4.3.1.
 
Sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsi üzrə klinik  protokolların və metodik sənədlərin hazırlanması
Səhiyyə Nazirliyi
2014-2018
 
4.3.2.
Perinatal diaqnostika üzrə klinik protokolların hazırlanması və antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri üçün müvafiq   təlimlərin keçirilməsi
Səhiyyə Nazirliyi
mütəmadi
 
4.3.3.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda anadangəlmə patologiyaların profilaktikası məqsədi ilə preimplantasion və tibbi-genetik müayinələrin  təşkil edilməsi
Səhiyyə Nazirliyi
2014-2015
 
 4.3.4.
Yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədi ilə neonatal müayinənin (skrininqlərin) aparılması
Səhiyyə Nazirliyi
mütəmadi
 
         4.4.  Ana və uşaqların sağlamlığının qorunması sahəsində kadr hazırlığının
                                                            təkmilləşdirilməsi
 
4.4.1.
Ana və uşaqların sağlamlığının qorunması sahəsində çalışan həkim və orta tibb işçilərinin davamlı tibbi təhsilinin (təlimlərin və klinik təcrübələrin) həyata keçirilməsi
Səhiyyə Nazirliyi
2014-2020
1
2
3
4
4.4.2.
Ana və uşaqların sağlamlığının qorunması sahəsində xidmət göstərən  tibb işçilərinin  xarici ölkələrdə müasir texnologiyalarla işləmək vərdişlərinin təkmilləşdirilməsi
Səhiyyə Nazirliyi
2014-2020
4.4.3.
    
Uşaqların qidalandırılmasına aid yeni  təlimatın hazırlanması və tibb işçiləri üçün müvafiq təlimlərin keçirilməsi
Səhiyyə Nazirliyi
              
2014-2015
       
4.5. Diridoğulmanın beynəlxalq meyarlarının ölkə üzrə tətbiq edilməsi
 
4.5.1.
Diridoğulmanın beynəlxalq
meyarlarına keçidlə əlaqədar tənzimləyici normativ hüquqi aktların hazırlanması
Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi
2014-2015
4.5.2.
Səhiyyə sahəsində rəsmi statistika hesabatlarının və tibbi qeydiyyat formalarının diridoğulmanın beynəlxalq meyarlarına uyğunlaşdırılması
Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
2014-2015
4.5.3.
Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar klinik protokolların və müvafiq  təlimatların  hazırlanması
Səhiyyə Nazirliyi
2014-2015
4.5.4.
 
 
Tibbi təhsil sahəsində  tədris proqramlarının diridoğulmanın beynəlxalq meyarlarına uyğun olaraq təkmilləşdirilməsi
Səhiyyə Nazirliyi,
Təhsil Nazirliyi
 
 
2014-2015
4.5.5.
Diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar ictimai maarifləndirmə işinin  həyata keçirilməsi
Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsi
2014-2016
          4.6.  Ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sisteminin  yaradılması
4.6.1.
Hamilə qadınların vahid elektron registrinin  yaradılması
Səhiyyə Nazirliyi
2014-2015
4.6.2.
Reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması
Səhiyyə Nazirliyi
2014-2015
4.6.3.
Doğuşayardım tibb müəssisələrində göstərilən  tibbi xidmətlərin keyfiyyətinin davamlı monitorinq və qiymətləndirmə sisteminin yaradılması və həyata keçirilməsi
Səhiyyə Nazirliyi
mütəmadi
4.6.4.
Uşaqlar arasında xəstələnmə hallarının azaldılması, xəstəliklərin erkən aşkar edilməsi, onların sağlamlığının
yaxşılaşdırılması məqsədi ilə dispanserizasiyanın həyata keçirilməsinə dövlət nəzarətinin təmin edilməsi
Səhiyyə Nazirliyi
mütəmadi
4.6.5.
Dövlət Proqramının icrasına dair monitorinqlərin keçirilməsi və icmal hesabatlarının hazırlanması
 
Səhiyyə Nazirliyi
 
mütəmadi
 
1
2
3
4
         4.7. Ana və uşaq sağlamlığının qorunması sahəsində ictimai maarifləndirmənin  həyata keçirilməsi
4.7.1.
Reproduktiv sağlamlıq, o cümlədən abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə maarifləndirmə işinin həyata keçirilməsi
Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
mütəmadi
4.7.2.
Uşaqların ana südü ilə qidalandırılması barədə ictimai maarifləndirmə işinin həyata keçirilməsi
Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsi
2014-2020
 
 
5. Dövlət Proqramının  həyata keçirilməsindən gözlənilən nəticələr
 
       5.1. Dövlət Proqramının həyata keçirilməsindən  gözlənilən   nəticələr aşağıdakılardır:
      5.1.1. ana və uşaqların sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin keyfiyyətinin  yüksəldilməsi;
     5.1.2.  diridoğulmanın beynəlxalq meyarlarının tətbiq edilməsi;
     5.1.3.  kadr hazırlığının gücləndirilməsi. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin