SİYASƏT
Ankaranın Kızılcahamam bələdiyyə məclisi Xocalı soyqırımını tanımışdır
Ankara, 28 mart (AZƏRTAC). Ankara şəhərinin Kızılcahamam bələdiyyə məclisinin iclasında Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edilmişdir.
Kızılcahamam bələdiyyəsinin sədri Coşkun Ünal AZƏRTAC-a bildirmişdir ki, bələdiyyə məclisinin qərarında qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən soyqırımı unudulmamalı, insanlığa qarşı bu ağır cinayəti gələcək nəsillərə və dünya ictimaiyyətinə mütəmadi olaraq çatdırılmalıdır.
Bu cür qətliamların təkrar olunmaması üçün cinayəti törədənlər beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalıdır.
Kızılcahamam bələdiyyəsi Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması barədə də qərar qəbul etmişdi.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara