Azərbaycan Dövlət İnformasiya Agentliyi

A.O.İbrahimova “Əməkdar Hüquqşünas” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidmətinin qanunvericiliyinin inkişafında xidmətlərinə görə Azər Oqtay oğlu İbrahimova Azərbaycan Respublikasının “Əməkdar Hüquqşünası” fəxri adı verilsin. 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin