A.P.NESTEROVUN “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan oftalmologiyasının inkişafında, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında tibb sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü Arkadi Pavloviç Nesterov “Şöhrət” ordeni ilə təltif edilsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2003-cü il.