ELM VƏ TƏHSİL
APRELİN 27-DƏ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ YOXLAMA TEST İMTAHANI KEÇİRİLƏCƏKDİR
Aprelin 27-də Təhsil Nazirliyinin nəzarəti altında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı şəhərlərinin, Ucar, İsmayıllı, İmişli, Abşeron rayonlarının ümumtəhsil müəssisələrinin, məcburi köçkün məktəblərinin və peşə liseylərinin buraxılış siniflərində orta təhsil kursu üzrə növbəti yoxlama test imtahanı keçiriləcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, imtahanda şagirdlər 8 əsas fəndən 125 suala cavab verəcəklər. Yoxlama imtahanının nəticəsi attestata yazılacaq yekun qiymətin 10 faizini təşkil edəcəkdir.
Bu il fevralın 24-də orta ümumtəhsil məktəblərində keçirilən ikinci yoxlama imtahanında 52 minədək şagird iştirak etmiş, müvəffəqiyyət göstəricisi isə 61 faiz olmuşdur.