Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“AQO” MONİTORİNQ QRUPUNUN SƏDRİ AZƏRBAYCANDA HƏYATA KEÇİRİLƏN DEMOKRATİK İSLAHATLAR PROSESİNDƏ POLİS ORQANLARININ BUNDAN SONRA DA FƏAL İŞTİRAK EDƏCƏYİNƏ ƏMİNLİYİNİ BİLDİRMİŞDİR

Bakı, 24 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 24-də nazir, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin “Aqo” monitorinq qrupunun üzvləri ilə görüşmüşdür.

Qonaqlara Daxili İşlər Nazirliyinin funksiyası barədə qısa məlumat verən Ramil Usubov qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında ölkəmizdə dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmlənməsi, hüquqi, dünyəvi dövlət quruculuğu işləri, ictimai münasibətləri tənzimləyən hüquqi mexanizmlərin təkmilləşməsi prosesi uğurla davam edir. Həyata keçirilən genişmiqyaslı sosial, iqtisadi və demokratik hüquqi islahatlar çərçivəsində Daxili İşlər Nazirliyinin fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi üzrə də əhəmiyyətli işlər görülmüş, bir sıra normativ aktlar və sənədlər, o cümlədən qanunlar qəbul olunmuşdur. Polisin fəaliyyətinin cəmiyyətdə baş verən demokratik dəyişikliklərə uyğunlaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində xidmətin səmərəliliyi, demokratik prinsiplərə, insan hüquq və azadlıqlarına riayət olunması daha da artmışdır.

Daxili işlər naziri xüsusi vurğulamışdır ki, islahatların aparılması və struktur dəyişiklikləri insan hüquq və azadlıqlarına, qanunun aliliyinə riayət olunmasını prioritet istiqamətə çevirmişdir. Cəmiyyətdə insan faktorunun başlıca rol oynaması baxımından onların hüquq və azadlıqlarının hüquqazidd əməllərdən qorunması əsas vəzifə hesab edilərək bu yönümdə məqsədyönlü təşkilati-praktiki tədbirlər həyata keçirilir. Qarşıda duran perspektivlərə nail olmaq üçün həmin tədbirləri əhatə edən ayrı-ayrı xüsusi planlar işlənib hazırlanmışdır ki, burada da kadrların peşəkarlıq, idarəçilik qabiliyyəti, mövcud qanunların tələblərinə uyğun fəaliyyət göstərmə bacarığı, şəxsi-mənəvi keyfiyyətləri kimi meyarlar əsasında seçilməsi, habelə fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi öz əksini tapmışdır. Daxili işlər orqanlarının şəxsi heyəti arasında mənəvi-psixoloji durumun möhkəmləndirilməsi, kadrların bəşəri əxlaqi dəyərlər, habelə BMT-nin “Hüquq-mühafizə orqanlarının Davranış Məcəlləsi” və “Polis etikası haqqında Avropa Məcəlləsi”ndə təsbit olunmuş prinsiplər əsasında formalaşdırılması işinin təkmilləşdirilməsi baxımından “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi” qəbul edilmişdir.

Qeyd olunmuşdur ki, müasir tələblərə tam cavab verə bilən polis əməkdaşının formalaşdırılmasına böyük əhəmiyyət verilir. Bu baxımdan qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədi ilə son 10 ildə daxili işlər orqanlarının mindən çox əməkdaşı BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da, Almaniya, Avstriya, Fransa, Macarıstan və s. Avropa dövlətlərində, Türkiyə, Çin və Misir Ərəb Respublikasında təşkil olunmuş 100-dən çox forum, müşavirə, treninq, seminar və təlimlərdə iştirak etmişdir. Polisin gündəlik işində insan hüquqlarına riayət olunması, demokratik dəyərlərin möhkəmləndirilməsi yollarının öyrənilməsi problemlərinə həsr edilmiş belə seminarlar və elmi-praktik konfranslar ölkəmizdə də keçirilir. Avropa Şurası və ATƏT-in xətti ilə müxtəlif mövzuları əhatə edən 100-dən çox seminarda 2 min 300-dən artıq əməkdaş iştirak etmişdir. Eyni zamanda, müxtəlif qeyri-hökumət təşkilatları və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə təşkil olunan seminar və təlim kurslarına 450-dən artıq əməkdaş cəlb olunmuşdur.

Ramil Usubov bildirmişdir ki, beynəlxalq təşkilatlarla aparılan birgə işlərin nəticəsi olaraq, insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması üzrə Xüsusi Tədris Proqramı hazırlanmışdır və bu sənəd əsasında Polis Akademiyasında, habelə şəxsi heyətin xidməti hazırlıq dərslərində seminarlar keçirilir.

Müasir dövrdə kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatındakı roluna toxunan nazir KİV-lə qarşılıqlı əlaqələrin, işgüzar münasibətlərin genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirərək, bu sahədə görülən işlər barədə məlumat vermişdir.

Təəssüflə qeyd olunmuşdur ki, həyata keçirilən bütün zəruri tədbirlərə baxmayaraq, ayrı-ayrı əməkdaşların xidməti fəaliyyətində hələ də müxtəlif qanun pozuntularına, nöqsan və çatışmazlıqlara da rast gəlinir. Məhz elə bu səbəbdən müxtəlif hüquqpozmalara görə onlarla əməkdaş cəzalandırılmış, hətta cinayət məsuliyyətinə cəlb edilmişdir.

Monitorinq qrupunun sədri Stelian Stoyan səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edərək, Azərbaycanda görülən işlərdən məmnunluq duyduğunu, Avropa Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə əminliyini bildirmişdir.

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı 1726-ya düşüb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu

Tələbə yoldaşlarımla birlikdə öyrənmək və biliklərimi onlarla bölüşmək qürurvericidir – peşə təhsili alan sahibkar

Ortamüddətli xərclər çərçivəsinin tətbiqi, proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarının genişləndirilməsi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İstanbuldakı lisenziya turnirinə qatılacaq Azərbaycan güləşçiləri dəqiqləşib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib YENİLƏNİB

® İrşad müştərilərinə 5 milyon manatdan çox bonus qazandırdı

Alimlər piylənmənin yeni səbəbini tapıblar - Tədqiqat

Yunus Əmrə İnstitutunda "Turan yolu-Zəngəzurum" adlı əsərin təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan-Avstraliya Dostluq Qrupunun həmsədri ilə görüş keçirilib

Forum iştirakçısı: COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji imkanlarını nümayiş etdirməsi üçün əla fürsətdir

SOCAR: Şirkətin fəaliyyətində və strukturunda müəyyən dəyişikliklər nəzərdə tutulub

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib