AQUPDK “Açıq qapı” günü keçirəcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) sentyabrın 22-də “Açıq qapı” günü keçirəcək.
AZƏRTAC AQUPDK-nin rəsmi saytına istinadla xəbər verir ki, “Açıq qapı” günü sentyabrın 22-də Uşaq və Ailələrə Dəstək Mərkəzlərində, İcma Resurs Mərkəzlərində və Qadın Resurs Mərkəzlərində təşkil olunacaq. Tədbir psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə keçiriləcək.