SİYASƏT
ARDNŞ-İN BİRİNCİ VİTSE-PREZİDENTİ İLHAM ƏLİYEV CON HOPKİNS UNİVERSİTETİNİN VƏ AMERİKA-AZƏRBAYCAN TİCARƏT PALATASININ DƏVƏTİ İLƏ VAŞİNQTONA GƏLMİŞDİR
Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev Con Hopkins Universitetinin və Amerika-Azərbaycan Ticarət Palatasının dəvəti ilə oktyabrın 19-da Vaşinqtona gəlmişdir. O, oktyabrın 22-də Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmalar İnstitutunda “Cənubi Qafqaz və Xəzər. Bakıdan baxış” mövzusunda məruzə edəcəkdir.
İlham Əliyev səfər müddətində ABŞ konqresinin, bir sıra dövlət agentliklərinin, beynəlxalq maliyyə qurumlarının, qeyri-hökumət təşkilatlarının və işgüzar dairələrin nümayəndələri ilə görüşəcək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton