ELM VƏ TƏHSİL
ARDNŞ-in Elm Fondu elmi-tədqiqat layihələri üzrə müsabiqənin nəticələrini açıqlayıb
Bakı, 25 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Elm Fondunun idarə heyətinin növbəti iclası keçirilib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda cari il üzrə elan edilən müsabiqəyə yekun vurulub. Məlumat verilib ki, müsabiqəyə təqdim olunan 85 layihə AMEA-nın və ARDNŞ-in aparıcı alim və mütəxəssislərindən ibarət komissiya tərəfindən ekspertizadan keçirilib və müsbət rəy alan 34 layihə qalib elan olunub.
İclasda, həmçinin qarşılıqlı maraq kəsb edən aktual nəzəri və praktiki məsələlərin müəyyən edilməsi, onların elmi və elmi-texniki həlli ətrafında fikir mübadiləsi aparılıb.