İQTİSADİYYAT
ARDNŞ-İN KOMPLEKS QAZMA İŞLƏRİ TRESTİ YENİ QUYULAR QAZIR
Bakı, 17 iyun (AZƏRTAC). ARDNŞ-in Kompleks Qazma İşləri Tresti neft-qaz hasilatının artırılması istiqamətində qazma işlərini sürətləndirir. Bu günlərdə trestin “Abşeron” Qazma İşləri İdarəsi bir neçə quyuda qazma işlərinə başlamışdır. “Pirallahı” yatağında qazılan 1063 nömrəli quyunun layihə dərinliyi 700 metrdir. “Abşeron” Qazma İşləri İdarəsi, həmçinin “Pirallahı” yatağında 1059 nömrəli quyuda qazma işlərinə başlamışdır. Bu quyunun da layihə dərinliyi 700 metrdir. Quyular “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunacaqdır.
Bundan başqa, “Abşeron” Qazma İşləri İdarəsi “Səadan” yatağında layihə dərinliyi 1400 metr olan 1774 nömrəli quyuda qazma işlərinə başlamışdır. Qovundağ Lay Dəstəsinə qazılan bu quyuda işlər “Siyəzənneft” NQÇİ-nin sifarişi ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]