Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

ARDNŞ İsveçrədə Azərbaycanın iqtisadi qüdrətinin artırılması naminə uğurla fəaliyyət göstərir

Bakı, 19 iyul (AZƏRTAC). Son günlər ARDNŞ-in ölkə daxilində və xaricdə həyata keçirdiyi strateji layihələrin uğur qazanmasını, şirkətin beynəlxalq miqyasda artan nüfuzunu gözü götürməyən bir sıra bədxah qüvvələr tərəfindən şirkətin işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə çoxdandır ki, davam edən sistemli qarayaxma kampaniyası yenidən qızışdırılır.

Bu kampaniyanın tərkib hissəsi kimi səriştəsiz, əsassız və qondarma “araşdırma”lar aparılır, həmin “araşdırma”ların heç bir tənqidə duruş gətirməyən saxta “nəticələri” siyasi maraqları ölkəmizin ümumi inkişaf xəttinə uyğun gəlməyən dairələrin xidmətində olan mətbuat orqanlarında yerləşdirilir və ictimai rəyi çaşdırmaq yolu ilə ARDNŞ-in gündən-günə artmaqda olan beynəlxalq nüfuzuna zərbə vurmaq məqsədi güdülür. ARDNŞ bəyan edir ki, istər Azərbaycan Respublikası ərazisində, istərsə də ayrı-ayrı xarici ölkələrdə həmin qüvvələrin çirkin niyyətləri həmişə olduğu kimi ifşa olunacaq, beynəlxalq hüquq normaları çərçivəsində onlara qarşı adekvat tədbirlər görüləcəkdir. Geniş ictimaiyyətin növbəti dəfə aldadılmasına yol verməmək məqsədi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələri çərçivəsində böyük uğurlara imza atmış ARDNŞ son illər beynəlxalq səviyyədə özünü güclü, müasir, rəqabətədavamlı bir qurum kimi tanıdaraq, dünya bazarına inamla daxil olmuşdur. Azərbaycanda hasil olunan irimiqyaslı xam neft həcmlərinin dünya bazarına müstəqil şəkildə çıxarılması və ixracın çevikliyinin təmin edilməsi üçün 2007-ci ilin dekabrında İsveçrənin Cenevrə şəhərində ARDNŞ-in ortaq treydinq şirkətinin- ”SOCAR Trading SA” şirkətinin təsis edilməsi bu baxımdan əlamətdar hadisə olmuşdur. Tarixdə ilk dəfə Azərbaycan dövlətinin mənafelərinə xidmət edən, qarşısında “Azəri Layt” markalı neftin bazarlanması, dünya bazarında rəqabət qabiliyyətinin artırılması, son istehlakçılara çatdırılması, qeyri-Azərbaycan mənşəli xam neft və neft məhsullarının alğı-satqısı kimi olduqca mühüm məqsədlər qoyulan bu treyder şirkətinin məhz Cenevrədə yaradılması və 2008-ci ilin aprelindən fəaliyyətə başlaması təsadüfi deyildi. Cenevrə Avropadakı əsas işgüzar mərkəzlərdən biridir və neft sənayesi, maliyyə və bank sektorundakı bir çox əsas iştirakçıların baş ofis və nümayəndəlikləri məhz bu şəhərdə cəmləşib. ”SOCAR Trading SA” şirkətinin sonrakı uğurlu fəaliyyəti bu seçimin düzgün olduğunu sübut etdi. ARDNŞ-in ortaq treyder şirkəti qısa müddətdə, cəmi 4 il ərzində qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlmiş, böyük beynəlxalq nüfuz qazanmış, fəaliyyət dairəsini genişləndirmişdir.

”SOCAR Trading SA” şirkətinin təsisçisi “Supra Holding Limited” şirkətidir ki, burada da ARDNŞ əvvəllər 50 faiz paya sahib olmuş, hazırda isə 80 faiz payın sahibidir. Nə ”SOCAR Trading SA” şirkətinin, nə də onun təsisçisi olan “Supra Holding Limited” şirkətinin təsisçiləri arasında fiziki şəxs yoxdur və heç vaxt olmamışdır. Qeyd etməliyik ki, bəzi mənbələrdə yanlış olaraq ”SOCAR Trading SA” şirkətinin təsisçiləri kimi qələmə verilən fiziki şəxslər əslində həmin şirkətin idarə heyətinin üzvləridirlər. Onların bir qismi həmin şirkətdə, bir qismi isə ARDNŞ-də yüksək vəzifələr tutur və öz vəzifə fəaliyyətlərinə görə ”SOCAR Trading SA” şirkətinin İdarə Heyətində təmsil olunurlar. ”SOCAR Trading SA” şirkətinin baş icraçı direktorunun müavini Zaur Qəhrəmanova gəlincə, o, ümumiyyətlə, nəinki şirkətin təsisçisi, heç idarə heyətinin üzvü də deyildir. Bu şirkətin idarə olunmasında iştirak edən şəxslərin məqsədyönlü şəkildə “təmsilçilər” kimi qələmə verilməsi “araşdırmaçı”ların səriştəsizliyinin və məsələyə qərəzli mövqedən yanaşmasının göstəricisidir.

”SOCAR Trading SA” şirkəti fəaliyyət dairəsini genişləndirmək məqsədi ilə dünyanın müxtəlif ölkələrində öz törəmə müəssisələrini də yaratmışdır və həmin müəssisələr haqqında şirkətin internet saytında asanlıqla məlumat əldə etmək mümkündür. Treydinq əməliyyatlarının bu cür törəmə şirkətlər vasitəsilə həyata keçirilməsi beynəlxalq miqyasda qəbul olunmuş praktikadır.

“SOCAR Black Sea” şirkəti ARDNŞ-in ixrac fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə, neft məhsullarının Ukrayna ərazisinə çatdırılması üçün “SOCAR Trading SA” və Ukrayna şirkəti olan “ROSSİM” tərəfindən təsis edilmişdir. Göründüyü kimi, bu şirkətin də təsisçiləri arasında fiziki şəxslər yoxdur.

Nəhayət, geniş ictimaiyyətə yaxşı məlum olduğu kimi, ötən il ARDNŞ uğurlu bir alğı-satqı əməliyyatı həyata keçirərək, ABŞ-ın “ExxonMobile” şirkətinin İsveçrədəki bölməsi olan “Esso Schweiz GmbH” şirkətinin səhmlərinə sahib olmuşdur. Bu əməliyyatın həyata keçirilməsi məqsədi ilə 100 faiz ARDNŞ-ə məxsus olan “SOCAR Energi Switzerland Holding SA” şirkəti yaradılmışdır. Başqa sözlə, təsisçi qismində SOCAR (ARDNŞ) çıxış etmişdir. “Esso Schweiz GmbH” şirkətinə məxsus səhmlərin alınması üzrə ödənişlər də ARDNŞ-ə məxsus bank hesabından köçürmə vasitəsilə həyata keçirilmişdir və bu, Şirkətin maliyyə hesabatlarında öz əksini tapmışdır.

Onu da qeyd etmək lazımdır ki, həmin alğı-satqı müqaviləsinə əsasən “SOCAR Energi Switzerland Holding SA” şirkətinin aktivinə keçmiş yanacaqdoldurma məntəqələri ərazisində yerləşən mağazaların idarə edilməsi məqsədi ilə qida məhsullarının pərakəndə satışı üzrə dünyada məşhur olan “Migros” şirkəti arasında alyans müqaviləsi imzalanmışdır. Həmin şirkətin bu sahədə özünü sübut etməsi “SOCAR Energi Switzerland Holding SA” şirkətinin bu yeniliyinin İsveçrə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmasına səbəb olmuşdur.

Sonda onu da bildirmək lazımdır ki, istər bu, istərsə də İsveçrədə ARDNŞ-in həyata keçirdiyi investisiya layihələri haqqında digər məlumatlar “SOCAR Trading SA” şirkətinin veb-saytında yerləşdirilmişdir və ictimaiyyət üçün tamamilə açıqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub