Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ARGENTİNA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NESTOR KİRÇNERƏ

Hörmətli cənab Prezident,

Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında münasibətlər inkişaf etdikcə əməkdaşlığımız üçün yeni imkanlar yaranacaqdır.

Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə sabitlik və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin