Azərbaycan Dövlət İnformasiya Agentliyi

A.R.Rzayevə Heydər Əliyev Mükafatının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə Anar Rəsul oğlu Rzayevə Heydər Əliyev Mükafatı verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 may 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin