“Arsenal”dan 90 milyon avroluq transfer
Bakı, 31 iyul, AZƏRTAC
İngiltərənin “Arsenal” klubu Braziliya millisinin yarımmüdafiəçisi Brunu Gimarayeşin transferi ilə bağlı “Nyukasl”la razılıq əldə edib.
AZƏRTAC Britaniya mətbuatına istinadən xəbər verir ki, transferin dəyəri təxminən 90 milyon avro təşkil edəcək.
Məlumata görə, 28 yaşlı futbolçu London təmsilçisi ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Tərəflər arasında 5 illik müqavilə imzalanacaq.
“Nyukasl” əvvəlcə komandanın aparıcı oyunçularından biri üçün 100 milyon avro tələb etsə də, danışıqlar zamanı tərəflər ortaq məxrəcə gələ biliblər. “Arsenal”ın 90 milyon avroluq təklifindən sonra transfer danışıqları yekun mərhələyə çatıb.
Hazırda tərəflər bonus ödənişləri və menecer haqları ilə bağlı son detalları razılaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]