ELM VƏ TƏHSİL
Arxeoloqlar Qaraca paleolit düşərgəsində tədqiqat aparırlar
Bakı, 13 iyun, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun rəhbərliyi ilə paleolit arxeoloji ekspedisiyası Qaraca paleolit düşərgəsində tədqiqat aparır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 2012-ci ildə Mingəçevir su anbarı ətrafında azərbaycanlı və rusiyalı alimlər tərəfindən qeydə alınmış Qaraca paleolit düşərgəsində aparılmış tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ilk dəfə geoloji Bakı-Abşeron yataqlarında açıq tipli aşel düşərgəsinin olduğu müəyyənləşdirilib.
Qaraca düşərgəsində Azıx mağarasından kənarda ilk dəfə 10 ədəddən artıq çopper qiqontalit, Avrasiyada ilk daş balta nümunəsi və bir çox vacib artefaktlar aşkarlanıb.