Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ASAİF-in Roma forumu işə başlamışdır

Roma, 28 mart (AZƏRTAC). Martın 28-də İtaliyanın paytaxtı Roma şəhərində Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) növbəti - Roma forumu işə başlamışdır.

“Azərbaycan 2020. Gənclərin baxışı“ başlığı altında keçirilən forumun açılışında Azərbaycan və İtaliyanın dövlət himnləri səsləndirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ASAİF-in Roma forumunun iştirakçılarına ünvanlanmış təbrik məktubu oxunmuşdur.

Tədbiri giriş nitqi ilə ASAİF-in sədri Ramin Həkimov açmışdır. Azərbaycan tarixində gənclərin sistemli şəkildə xaricdə təhsil almasının əsasının hələ 1918-1920-ci illərdə 100 gəncin Avropaya göndərilməsi ilə qoyulduğunu qeyd edən R.Həkimov daha böyük dalğanın ötən əsrin 70-80-ci illərdə ulu öndər Heydər Əliyevin sayəsində baş verdiyini bildirmişdir. Həmin dövrdə hər il 1000 nəfərdən artıq gəncin ölkə hüdudlarından kənarda təhsil almasına şərait yaradılmışdır. Bu missiya müasir dövrdə ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xaricdə təhsillə bağlı 2007-2015-ci il dövlət proqramı çərçivəsində 1800-dən artıq Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrdə ali təhsil alır.

Qeyd edilmişdir ki, indiyə kimi ASAİF-in forumları Strasburq, London, Budapeşt və Vyana şəhərlərində uğurla baş tutmuşdur. Bugünkü forumun digər forumlardan əsas fərqi onun geniş əhatəli olmasındadır, çünki ilk dəfə olaraq təkcə Avropadan deyil, dünyanın digər regionlarından gənclərimiz bu tədbirə qoşulmuşdur. Qürurverici haldır ki, 45 ölkədən 550-dən artıq nümayəndə bu forumda iştirak edir.

Yekunda bildirilmişdir ki, Azərbaycan dövlətinin gənclər siyasətinin mərkəzində Azərbaycan gəncləri dayanır. 2011-2015-ci illərdə gənclərlə bağlı dövlət proqramının qəbulu və icrası, eləcə də gənclərlə bağlı həyata keçirilən mütəmadi tədbirlər buna bariz nümunədir.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Azərbaycan gənclərinin ölkə hüdudlarından kənarda ən böyük toplantısının Roma şəhərində keçirilməsindən məmnunluğunu ifadə etmiş, tədbir iştirakçılarına uğurlar arzulamışdır.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov öz çıxışında bu kimi tədbirlərin mühüm əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, mütəmadi şəkildə keçirilən bu forumların əsas məqsədi gənclərlə ünsiyyət, onların yeni intellektual elita kimi yetişməsinə dəstək, digər tərəfdən isə xaricdəki tələbə və məzunları bir araya gətirən ASAİF-in sistematik fəaliyyətini təmin etməkdir. Bu tədbirlərin yekun hədəfi isə Azərbaycan dövlətinin güclənməsini təmin etmək, qara qızılın insan potensialına çevrilməsi nəticəsində ölkəmizin maraqlarını təmsil edən yeni nəsil peşəkar insanların yetişməsinə çalışmaqdır. Azərbaycan bu gün investisiya qoyulan ölkədən investisiya qoyan dövlətə çevrilir, ölkənin beynəlxalq imici və reytinqi yüksəlir. Bunun fonunda Azərbaycanı sevməyən qüvvələr də fəallıq göstərir. Həmin qüvvələrə qarşı ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəkləyən, onu uğurla icra edən yeni nəsil gənclərə böyük ehtiyac vardır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov öz çıxışında qeyd etmişdir ki, xaricdə təhsil alan gənclərlə keçirilən bu tədbirlərin əsas hədəfi gənclərimizin intellektual gücünü və imkanlarını müəyyənləşdirmək, onların təşəbbüs və intellektual imkanlarından xalqımızın rifahı, dövlətimizin gücləndirilməsi üçün yararlanmaqdan ibarətdir. Eyni zamanda, Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durduğuna görə, bu kimi tədbirlər sayəsində güclü vətəndaş yetişdirilməsi hədəfə alınmışdır. Çünki güclü dövlət güclü vətəndaşlarının məcmusu, onun obrazıdır. Azərbaycan xoşbəxt ölkələr sırasındadır ki, orada ölkə əhalisinin əksəriyyətini gənclər təşkil edir, bu gün Cənubi Qafqazın ümumi daxili məhsulunun 70 faizi Azərbaycanın payına düşür, ölkənin strateji valyuta ehtiyatları 50 milyard dollara çatmışdır, dövlət büdcəsi 23 milyard manat təşkil edir, Azərbaycan etibarlı tərəfdaş və regional dövlətə çevrilmişdir. Ölkəmiz beynəlxalq təşkilatların üzvü kimi dünyada öz sözünü deyir, qonşu dövlətlərlə xoş qonşuluq siyasət yürüdür, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün qüvvələrini səfərbər edir. Bütün bu inkişaf fonunda Azərbaycan gənclərinin üzərinə məsuliyyətli iş düşür, onların səsi xarici ölkələrin tribunalarından gəlməli, sabah öz işinin peşəkarları kimi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün fəaliyyət göstərməlidir.

E.Aslanov, həmçinin vurğulamışdır ki, Suriyadan olan köçkünlərlə bağlı böyük dövlətlər tez bir zamanda reaksiya verə bilirlər, lakin 20 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlar tətbiq olunur. Azərbaycan gəncləri bu çətinliklərdən çəkinməməli, ölkə maraqlarının təmsil olunmasında əzmkarlıq nümayiş etdirməlidirlər.

Bildirilmişdir ki, gənclərlə bağlı dövlət proqramı davam edəcək və təkmilləşdiriləcəkdir. Xaricdə təhsil alan hər bir gəncimiz həmin ölkədə vətənimizi təmsil edən bir səfirdir və onlar bu məsuliyyəti dərk edərək həm yüksək səviyyədə ali təhsil almalı, digər tərəfdən isə ölkəmizin maraqlarını var gücləri ilə xaricdə təmsil etməlidir.

Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov Roma forumunu gənclərimizi Azərbaycan hüdudlarından kənarda bir araya gətirən ən genişmiqyaslı tədbir kimi səciyyələndirmişdir. O, qeyd etmişdir ki, hələ 19-cu əsrin sonlarından başlayaraq Azərbaycan gəncləri pərakəndə şəkildə Avropa ölkələrində təhsil almağa başlamışlar. Müasir dövrdə bu iş dövlət rəhbərinin diqqətində dayanan sistematik bir prosesə çevrilmişdir. Tədbir iştirakçılarına uğurlar arzulayan nazir müavini xaricdə təhsil alan gənclərimizə iki mühüm amili - milli kimlik və vətənə sevgini diqqət mərkəzində saxlamağı tövsiyə etmişdir.

İtaliya Nazirlər Kabineti yanında Gənclər və Dövlət Mülki Xidməti rəhbərinin müşaviri Mauro Skanu, Azərbaycan-İtaliya Assosiasiyasının rəhbəri Paola Kasaqrande, Azərbaycan ilə İtaliya Ticarət İnstitutunun başçısı Manuela Traldi çıxışlarında Azərbaycan-İtaliya arasında əlaqələrin gücləndirilməsi, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq üçün əllərindən gələni edəcəklərini bildirmiş, həm iqtisadi, həm də mədəniyyət sahəsində hər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün böyük potensial olduğunu söyləmişlər.

Açılış mərasimi bitdikdən sonra ASAİF-in fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

Forum çərçivəsində “Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər”, “Ənənəvi və ictimai diplomatiya”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırkı vəziyyət və perspektivlər” mövzuları ətrafında işçi panellər keçiriləcək, müzakirələr aparılacaqdır.

Forum işini martın 29-da bitirəcəkdir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi