SİYASƏT
AŞPA-nın komitə iclasında Avropada demokratiyanın və insan hüquqlarının təhqiqi məsələləri müzakirə olunacaqdır
Bakı, 7 noyabr (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər komitəsinin növbəti iclası Parisdə keçiriləcəkdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Hacıyev iclasda iştirak etmək üçün noyabrın 10-dan 17-dək Parisdə səfərdə olacaqdır.
İclasda Avropada demokratiyanın və insan hüquqlarının təhqiqi, dini icmalara qarşı zorakılığın ləğvi, Əfqanıstanda narkotik maddələrin qanunsuz dövriyyəsinin aradan qaldırılması məsələləri və digər cari məsələlər müzakirə ediləcəkdir.
S.Hacıyev müzakirə edilən məsələlərə öz münasibətini bildirəcəkdir.