Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AŞPA-nın Mədəniyyət, Elm və Təhsil komitəsinin iclası Bakıda keçiriləcək

Strasburq, 24 iyun (AZƏRTAC). AŞPA-nın yay sessiyasının gedişində deputat Rafael Hüseynov elm, təhsil və mədəniyyət komitəsinin iclasında “Avropada təhsil məkanının bütün ölkələrə doğru genişləndirilməsi” adlı məruzəsi üzərində işi ilə əlaqədar çıxış etmiş, Avropa ali təhsil fazasının daha geniş həcmdə inkişafı, müasir ali təhsilin standartlarının təkmilləşdirilməsi ilə bağlı mülahizələrini səsləndirmişdir. R.Hüseynov Bolonya prosesinin dünəni və sabahı ilə əlaqədar fikirlərini söyləməklə yanaşı, Azərbaycanın bu hərəkata verə biləcəyi töhfələrdən bəhs edərək demişdir: “Son aylarda üzərində intensiv şəkildə işlədiyim məruzənin sadəcə sərlövhəsi problemin nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirməkdədir. Ali təhsil müasir cəmiyyətin inkişafının təməl amillərindəndir və onun XXI əsrin tələb etdiyi yüksək standartlara uyğun şəkildə təşkili həm bütövlükdə Avropa, həm də üzv dövlətlərin hər birindən ötrü son dərəcə önəmlidir. 2010-cu ilin martında təhsil nazirlərinin Budapeşt və Vyanada keçirilən, Bolonya prosesinin 10 illiyinə həsr edilən yubiley konfransında xüsusi qərar qəbul olunmuşdur. O vaxta qədər şərti olaraq “Bolonya prosesi” adlanan cərəyanın əvəzində Avropa Ali Təhsil Məkanının yaradıldığı elan edildi. Burada əsas məqsəd Avropada ali təhsilin rəqabətədözümlülüyü və cəlbediciliyini artırmaq, müxtəlif universitetlərin tələbə və müəllimləri üçün mübadilə proqramlarının genişləndirilməsi, habelə diplomların standartlaşdırılması vasitəsilə Avropa ölkələri arasında əmək bazarının yaradılmasını təmin etməkdir. Prosesin mövcud olduğu 12 il ərzində iştirakçı ölkələrin sayı 29-dan 47-yə çatmışdır. Bundan əlavə, Avropa Şurası da burada YUNESKO, Avropa Komissiyası kimi məşvərətçi üzvlər sırasındadır. Başqa sözlə, Assambleyada bu məsələnin dərindən təhlil edilərək ayrıca məruzə hazırlanması elə təşkilatımızın prosesə töhfəsi kimi dəyərləndirilə bilər. Məruzədə başlıca olaraq bir neçə mühüm istiqamətə diqqət yönəldilir və bunlarla əlaqədar həm praktiki, həm də nəzəri məqamlar mətndə əks olunur. Mən özüm də təhsil işçisi olduğumdan və 30 ildən artıq müddətdə bilavasitə təhsil şəbəkəsində çalışdığımdan bu problemlərlə daim üz-üzəyəm. Həmin prosesin əsasında dayanan müddəalardan hansının gerçəklikdə özünü doğrultduğunu, hansının təkmilləşməyə ehtiyacı olduğunu, eyni təhsil fazasına birləşməkdə hansı ölkələrin, xüsusən gənc demokratiya ölkələrinin hansında hansı korrektələri etməyin zəruriyyətini əyani şəkildə görür, hiss edirəm. Avropa Ali Təhsil fazasının durmadan genişləndirilməsi bu gün əsas vəzifədir və 1997-ci il Lissabon konvensiyası ölkələr arasında bu istiqamətdə əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm əsas yaradır. 2010-cu ildən etibarən AATM-də sədrliyi 2 dövlət həyata keçirir. Bunlardan biri Avropa İttifaqına prezidentlik edən ölkənin, digəri isə əlifba sırası ilə, Avropa İttifaqına daxil olmayan ölkənin nümayəndəsi olur. 2012-ci ildə həmsədrlik Danimarka və Azərbaycana keçəcəkdir. Mənim ölkəm bu prosesdə yeni olsa da istər üzvlüyü, xüsusilə də həmsədrliyi dönəmində inkişafa yeni təkan sayıla biləcək addımlar atmaq əzmindədir. Mənim - Azərbaycanı Avropa Şurasında təmsil edən şəxsin bu mövzuda məruzəçi olması, zəruri layihələr hazırlaması elə həmin niyyətin daha bir təsdiqi kimi qəbul edilə bilər”.

Rafael Hüseynovun müəllifi olduğu məruzə Parlament Assambleyasının qrafikinə görə 2012-ci ilin yazında tamamlanmalı və həmin ilin payız sessiyasında Avropa Şurasında açıq müzakirəyə çıxarılmalıdır. Mədəniyyət, elm, təhsil komitəsinin AŞPA yay sessiyasının dördüncü iş günü çərçivəsində Mədəniyyət, elm, təhsil komitəsinin iclasında qərara alınmışdır ki, R.Hüseynovun məruzəsinin yekun mətni və qətnamə layihəsinin müzakirə ediləcəyi toplantı və kollokvium Bakıda keçirilsin. Bu haqda AŞPA sədrinə ayrıca rəsmən müraciət edilmişdir. Avropa Şurası adətən Parisə təyin olunan öz komitə iclasını Bakıda keçirməyi qət edərkən digər bir cəhəti də nəzərə almışdır. 2012-ci ildə Bakıda Avropa təhsil nazirlərinin zirvə konfransının təşkil edilməsi planlaşdırılır. Həmin konfransla eyni vaxtda baş tutacaq komitə iclası əsnasında Rafael Hüseynovun təqdim edəcəyi “Avropa ali təhsil məkanının bütün ölkələrə doğru genişləndirilməsi” adlı məruzənin müzakirəsinə Avropanın müxtəlif ölkələrindən Azərbaycan paytaxtına gəlmiş görkəmli mütəxəssislər, bir sıra təhsil nazirləri də cəlb ediləcəkdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir