ASTARADA AĞIR CİNAYƏT HADİSƏSİ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayonun Ərçivan kənd sakinləri Asəf Şahverdi oğlu Şahverdiyev, Rasim Yavər oğlu Rəcəbov, Gündüz Mübariz oğlu Əliyev və Vüqar Mirzəhüseyn oğlu Məmmədov arasında mübahisədən sonra odlu silahlardan atışma olmuşdur.
Hadisə rayonun Maşxan kəndindən Şahağac kəndinə gedən yolda baş vermişdir. Atışma zamanı 2 nəfər –1971-ci il təvəllüdlü Asəf Şahverdiyev və 1983-cü il təvəllüdlü Rasim Rəcəbov aldığı güllə yarasından hadisə yerində keçinmişlər. 1971-ci il təvəllüdlü Gündüz Əliyev ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına, oradan da Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılmışdır.
Hadisə yerindən üç odlu silah tapılmışdır.
Hadisə ilə əlaqədar rayon prokurorluğunda cinayət işi açılmışdır. İstintaq gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]