DÜNYA
ASTRONOMLAR GÜNƏŞ SİSTEMİNDƏN KƏNARDA YAŞAMAQ ÜÇÜN YARARLI PLANET AŞKAR ETMİŞLƏR
AZƏRTAC Assoşieyted Press agentliyinə istinadla xəbər verir ki, astronomlar ilk dəfə Günəş sistemindən kənarda yaşamaq üçün yararlı ola biləcək planet aşkar etmişlər. Temperaturu Yerin temperaturuna yaxın olan planetdə maye halda suyun və atmosferin mövcudluğu da istisna olunmur.
Yenicə aşkar olunmuş planet Gliese 581 adı verilmiş “qırmızı cırtdan”ın ətrafında fırlanır. Qırmızı cırtdanlar nisbətən kiçik və solğun ulduzlardır, lakin onların ömrü Günəşinkindən uzundur. Bir neçə il əvvəl alimlər təxmin etmislər ki, onların yaxınlığındakı planetlərdə həyatın bu və ya başqa forması mövcüd ola bilər. 581 c adı verilmiş yeni planet Yer kürəsindən 5 dəfə ağır olub, ondan 20,5 işıq ili məsafəsində, Tərəzi bürcündə yerləşir. Cazibə qüvvəsi Yerdəkindən 1,6 dəfə böyükdür.
Cənubi Avropa Rəsədxanasının Çilidəki teleskopundan edilmiş elmi kəşfin nəticələri hələlik açıqlanmır.