SİYASƏT
ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ REGİONA SƏFƏR EDƏCƏKLƏR
Bakı, 27 oktyabr (AZƏRTAC). ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşü ilə bağlı bəyanatla çıxış etmişlər.
Bəyanatda deyilir ki, oktyabrın 26-da ATƏT-in Minsk qrupunun həmsədrləri Lüksemburqda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayırılıqda görüş keçirmişlər. Konstruktiv əhval-ruhiyyədə keçən görüşlərdə danışıqların hazırkı mərhələsi qiymətləndirilmiş və xüsusilə də ATƏT Nazirlər Şurasının dekabrın 1-2-də Afinada keçiriləcək iclasında atılacaq addımlar nəzərdən keçirilmişdir.
Həmsədrlər bildirmişlər ki, onlar noyabrın əvvəllərində regiona səfər edərək Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin baza prinsiplərini müzakirə edəcəklər.