DÜNYA
Atlanta aeroportunda təyyarə qəzası nəticəsində dörd nəfər ölüb
Bakı, 9 oktyabr, AZƏRTAC
ABŞ-ın Atlanta şəhəri yaxınlığında tək mühərrikli “Cessna 210” təyyarəsi hava limanından qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.
AZƏRTAC ABC News teleradio kompaniyasına istinadla xəbər verir ki, təyyarə uçuş-eniş zolağına çırpılıb. Qəza nəticəsində təyyarənin göyərtəsindəki dörd nəfərin hamısı həlak olub.
Federal Mülki Aviasiya İdarəsindən verilən məlumata görə, DeKalb-Piçtri aeroportunda baş verən qəzadan sonra təyyarə alışıb. Yanğın qısa müddətdə söndürülüb.
ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası insidentlə bağlı təhqiqata başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]