REGİONLAR
Avqustda “Xaçmaz” ES-də 23,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib
Bakı, 28 sentyabr, AZƏRTAC
“Xaçmaz” Elektrik Stansiyasında (ES) cari ilin avqust ayında 23,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. 2016-cı ilin 8 ayı ərzində isə burada elektrik enerjisi istehsalı 149,7 milyon kilovat-saatdan artıq olub.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, son üç ay ərzində “Xaçmaz” ES-də olan porşen tipli aqreqatlarda istismar həddinə uyğun aparılan texniki qulluq işləri zamanı soyutma və yağlama sistemlərində yaranan qüsurlar aradan qaldırılıb. Eyni zamanda, müəyyən modifikasiya işləri də aparılıb. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.
Qeyd edək ki, 10 aqreqatdan ibarət, ümumi gücü 87 MVt olan “Xaçmaz” ES 2006-cı ildə istismara verilib.