DÜNYA
Avropa Komissiyası Ukraynanın Aİ-yə üzv olması barədə danışıqların başlanması üzrə şərtləri yerinə yetirib
Bakı, 4 dekabr, AZƏRTAC
Avropa Komissiyası (AK) Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olması barədə danışıqların başlanması üçün tövsiyələr hazırlayıb. Bu barədə AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir.
“Biz öz tərəfimizdən danışıqların başlanması üzrə tövsiyələr hazırladıq. İndi Avropa İttifaqı ölkələri qərar qəbul etməlidirlər”, — deyə agentlik Avropa Komissiyasının mətbuat xidmətinin Brüsseldə keçirilmiş brifinqdəki açıqlamasına istinad edir.
Ofis nümayəndələri vurğulayıblar ki, Ukrayna tərəfi danışıqların başlanması üçün bütün şərtləri yerinə yetiriblər.
Bundan əvvəl Avropa Komissiyası Ukraynanın Aİ-yə üzv olması barədə danışıqların başlanmasını təsdiq etmə prosedurunu sürətləndirmək istəyib. İlk öncə ehtimal olunub ki, Ukraynanın Aİ-yə üzv olması barədə danışıqlar 2024-cü ilin mart ayından tez başlaya bilməz.