Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Avropa Parlamentinin qətnaməsi Avropa dövlətlərinin Zəfərimizdən sonra Azərbaycana qarşı nümayiş etdirdiyi ayrı-seçkiliyin daha bir təzahürüdür

Avropa Parlamentinin qətnaməsi Avropa dövlətlərinin Zəfərimizdən sonra Azərbaycana qarşı nümayiş etdirdiyi ayrı-seçkiliyin daha bir təzahürüdür

Bakı, 12 mart, Rauf Hacıyev, AZƏRTAC

Martın 10-da Avropa Parlamenti tərəfindən qəbul olunan Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı qətnamə Avropa dövlətlərinin keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində davam etmiş uzun illik diplomatik prosesdə ölkəmizə qarşı həyata keçirdiyi ikili standartın və riyakar siyasətin, həm 2020-ci ilin sentyabrında başlamış 44 günlük Vətən müharibəsində, həm də Azərbaycanın Zəfərindən sonra dövlətimizə qarşı nümayiş etdirdiyi ayrı-seçkiliyin daha bir təzahürüdür.

Əslində, Avropa dövlətlərinin və bir sıra nüfuzlu beynəlxalq təşkilatların illərlə davam etdirdikləri bu cür siyasətin nəticəsi idi ki, dünyanın ilkin sivilizasiya mərkəzlərindən biri olan Qarabağ kimi qədim tarixə və zəngin mədəniyyətə malik bir regionda “gəlmə element” hesab edilən ermənilər bu bölgənin yerli əhalisi olan azərbaycanlıların tarixən yaratdıqları maddi-mədəni və dini irsini məhv edəndə işğalçı dövlətin törətdiyi bu vandalizmə qarşı heç bir çəkindirici hüquqi tədbir həyata keçirilməmişdi. Halbuki, Ermənistanın işğaldan sonra Qarabağda törətdiyi dağıntılar Azərbaycan xalqının minilliklər ərzində yaratdığı tarixi, maddi-mədəni və dini irsini məqsədli şəkildə məhv etməklə yanaşı, həm də ümumilikdə bəşəriyyətin və İslam sivilizasiyasının maddi mədəniyyətinə qarşı ən böyük vandalizm aktı idi.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğaldan azad edilən Qarabağın ümumi vəziyyəti bütün dünyaya bir daha sübut etdi ki, vəhşi qəbilələrin və tayfaların işğal etdikləri yerlərdə həyata keçirdikləri barbarlığı və vandalizmi haqqında sivil ölkə vətəndaşlarının tarix kitablarından haqqında oxuduğu vəhşilikdən daha artığını həyata keçirməyə həmişə hazır olan Ermənistan adlı dövlət var.

İşğaldan sonrakı vəziyyət göstərdi ki, 30 ilə yaxın bir dövrdə Qarabağda Ermənistan tərəfindən məqsədli şəkildə urbisid, kultursid və ekosid həyata keçirilib. Nəticədə Qarabağın və Şərqi Zəngəzurun tarixi, maddi-mədəni irsi, mülki və sosial obyektləri, həmçinin bütün infrastrukturu dağıdılıb, mədəni sərvətləri talanıb, yeraltı və yerüstü resursları istismar olunub, bölgənin ekosistemi isə tamamilə pozulub.

Əslində, Qarabağın, Şərqi Zəngəzurun bütün şəhər, qəsəbə və kəndləri Ermənistan tərəfindən eyni vandalizmə məruz qalsa da, yalnız Şuşa şəhərinin tarixi, dini, mədəni abidələrindən, muzeylərindən, qalereyalarından, kitabxanalarından talanmış sərvət hesablandıqda Azərbaycan xalqının tarixi irsinə, maddi-mədəni fonduna vurulan zərərin və ona qarşı törədilən cinayətin miqyası məlum olur.

Tarixdən məlumdur ki, əsası 1752-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən qoyulmuş və sıldırım qayalar üzərində salınmış Şuşa şəhəri düşmənə qarşı təbii qala funksiyasını daşıyıb. Əlverişli təbii-coğrafi mövqeyə malik bu şəhər nadir təbii üstünlüyü ilə Qarabağ xanlığının paytaxtı kimi bölgənin nəzarətdə saxlanılması və şəhərin mühafizəsi baxımından böyük əhəmiyyətə malik olub. Odur ki, həm Pənahəli xanın, həm də onun varislərinin dövründə ərazisinə görə heç də böyük olmayan bu şəhər inkişaf edib və qısa müddətdə Azərbaycanın mühüm mədəni mərkəzlərindən birinə çevrilib. Ötən əsrin 70-ci illərindən başlayaraq 80-ci illərin ortasınadək Şuşa şəhəri özünün ikinci dəfə ən mühüm inkişaf dövrünü yaşayıb. Məhz ümummilli lider Heydər Əliyevin Şuşanın sosial-iqtisadi və mədəni inkişafı üçün həyata keçirdiyi tədbirlər şəhərin yüksəlişinə səbəb olub. Bir sözlə, ötən əsrin 90-cı illərinin əvvəlində, yəni, işğala qədərki Şuşa özünün təbii gözəllikləri ilə yanaşı, həm tarixi, həm də yeni tikililəri ilə fərqlənən, Azərbaycanın ən müasir şəhərlərindən biri olub. Lakin 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa şəhəri 28 illik əsarətə və dağıntıya məruz qalıb.

Təsadüfi deyil ki, 30 ilə yaxın işğal dövründə hər bir azərbaycanlı Şuşa həsrətini qəlbində daşıyıb. Bu şəhərin müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilməsi xəbərini Ali Baş Komandan İlham Əliyevdən eşidən xalqımız bu tarixi milli qürur, böyük coşqu və sevinc hissi ilə qeyd edib. O da təsadüfi deyil ki, məhz Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra düşmən tamamilə sarsılıb və iki gün sonra kapitulyasiya sənədini imzalamağa məcbur olub. Beləliklə, Şuşanın müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması Zəfər tariximizin ən şanlı səhifəsini təşkil edib.

Şuşanın işğaldan azad edilməsindən sonra məlum oldu ki, düşmən 28 il ərzində burada nəinki heç bir tikinti-quruculuq, abadlıq işi aparmayıb, əksinə, bu illər ərzində Azərbaycan xalqına məxsus bütün tarixi, mədəni irsi məhv edib, şəhəri isə talan edərək xarabalığa çevirib.

Buna görə də Ermənistanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada həyata keçirdiyi kultursid hər bir azərbaycanlıda düşmənə qarşı sönməyən qəzəb və nifrət hissi oyadıb, şəhərlə tanış olan xarici qonaqlarda isə heyrət doğurub.

Nazirlər Kabinetinin Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürdüyü daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında 2001-ci il 2 avqust tarixli qərarına əsasən, XVIII-XIX əsrlərə aid edilən Şuşa Tarix-Memarlıq Qoruğunun tərkibinə daxil olan 30 abidə ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına alınıb.

Qoruğun tərkibinə daxil olan abidələrə XVIII əsrin tarixi yadigarları hesab edilən Xanlıq Muxtar karvansarayı, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı, Saatlı Məscidi, Gəncə qapısı, Ə.Haqverdiyev, Y.Vəzir Çəmənzəminli, Sadıqcan, Uğurlu bəy, Qasım bəy Zakir, Behbudovlar, Firidun bəy, M.M.Nəvvab, Hüseyn bəy, Gəray Əsədov, Cabbar Qaryağdıoğlu kimi görkəmli şəxsiyyətlərin evi, Yuxarı məscid mədrəsəsi, Səfərov qardaşlarının karvansarayı, Xan sarayı, Şirin su hamamı, Mədrəsə, Karvansara, XIX əsrin tarixi yadigarları hesab olunan Üzeyir Hacıbəylinin ev muzeyi, Zülfüqar Hacıbəyov, Seyid Şuşinski, Bülbül, Firudin bəy Köçərli, Keçəçi oğlu Məhəmməd, S. S.Axundov kimi böyük şəxsiyyətlərin evləri, Qazançı kilsəsi, XX əsrdə inşa edilmiş Molla Pənah Vaqifin türbəsi daxildir.

1754-cü ildə Qarabağ xanlığının banisi Pənahəli xanın əmrinə əsasən Şuşa şəhərinin mühafizəsi məqsədilə tikilmiş Qala divarları,1768-1769-cu ildə inşa edilmiş Yuxarı Gövhərağa məscidi, XVIII əsrin yadigarları – Aşağı Gövhərağa məscidi, Pənah xanın sarayı, Qara Böyük Xanım bürcü, Hacıqulların malikanəsi, Heydər türbəsi, Xurşidbanu Natəvanın evi, Əsəd Bəyin evi, Mehmandarovların malikanə kompleksi, XIX əsrdə tikilmiş ikimərtəbəli karvansara, Şuşa şəhərinin yaxınlığında yerləşən və hər ikisi XVIII əsrin tarixi yadigarları olan İbrahim xanın qəsri və İbrahim xanın bürcü, eləcə də XIX əsrə aid olunan və Şuşa yaxınlığında yerləşən məşhur İsa bulağı şəhərin ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

İşğalaqədərki dövrdə Şuşa rayonunda beş arxeoloji abidə mövcud olub. Bunlar Şuşa şəhərinin şimal-qərbində yerləşən və Tunc dövrünə aid kurqan, Şuşa şəhəri və Şuşa kəndinin yaxınlığındakı Son Tunc və İlk Dəmir dövrünə aid eyniadlı daş qutu qəbirləri, şəhərin cənubunda, Daşaltı çayının sol sahilində yerləşən, Daş dövrünə aid Şuşa mağara düşərgəsi, Qarabulaq kəndində Dəmir dövrünə aid daş qutu nekropolu və Dolanlıdakı Son Tunc və İlk Dəmir dövrünə aid nekropoldur.

Dünya və ölkə əhəmiyyətli tarixi, arxeoloji abidələrlə yanaşı işğalaqədərki dövrdə Şuşa şəhəri və Şuşa Tarix Memarlıq Qoruğunun ərazisi yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri ilə də zəngin olub. Şuşa işğal edilməmişdən əvvəl şəhərin özündə və qoruq ərazisində 154 yerli əhəmiyyətli memarlıq abidəsi mövcud olub.

İşğalaqədərki dövrdə Şuşada beş monumental və xatirə abidəsi mövcud olub. Bunlar M. P. Vaqifin büstü, Bülbülün ev muzeyi, Ü. Hacıbəyovun ev muzeyi, M. M. Nəvvabın ev muzeyi və qəbirüstü abidəsidir.

Şuşa şəhərinin tarixi, mədəni və dini abidələri, bu binaların tikilmə tarixi, memarlıq quruluşu bir daha sübut edir ki, bu şəhərdə erməni mədəni irsinə aid heç nə yoxdur. Təəssüflər olsun ki, şəhərin işğalı dövründə şəhərin bütün tarixi abidələri ermənilər tərəfindən tamamilə dağıdılıb, muzeylərdə qorunan eksponatlar isə talan edilib.

Bugünkü Ermənistan dövlətinin başlıca məqsədi erməni xalqını bütün dünyaya Cənubi Qafqazın ən qədim və mədəni xalqı kimi təqdim etməkdir. Guya Ermənistanın xristianlığı qəbul etmiş ilk dövlət olması, ermənilərin isə az qala İsa peyğəmbərdən də əvvəl xristian olması haqqındakı saxta tarixi faktları dünyaya təqdim etmək istəyi bu dövlətin heç bir arxeoloji, yazılı və etnoqrafik faktlarla təsdiqini tapmayan və yalnız erməni din xadimlərinin saxta tezislərinə əsaslanan uydurma bir tarixin Ermənistanın dövlət ideologiyası səviyyəsinə yüksəldilməsinin nəticəsidir. Əlbəttə, belə bir uydurma tarixin dünyaya təqdim edilməsinə və xristian dövlətlərindən dəstək alınmasına işğalçı Ermənistanın böyük ehtiyacı var. Bunun üçün ən məqbul variant Cənubi Qafqazın yerli etnosları olan və Azərbaycan xalqının konsolidasiyasında mühüm rol oynamış xristian albanların tarixini mənimsəmək, onlara məxsus bütün maddi-mədəni, xüsusən də xristian dini irsinin erməni xalqının adına çıxarılmasından ibarətdir. Ermənistan dövləti hesab edir ki, bu vasitə ilə bir tərəfdən öz xalqının Cənubi Qafqazdakı qədimliyini sübut edər, dünyanın xristian dövlətlərindən hər zaman dəstək alar, digər tərəfdən isə öz qonşusu olan azərbaycanlılara qarşı bu yolla ərazi iddialarını və işğalçılıq siyasətini davam etdirə bilər.

Əvvəla, tarixçilər yaxşı bilirlər ki, erməni-qriqorian kilsəsinin bugünkü xristian dünyası ilə tarixi bağlılığı yoxdur. Tarixən ermənilərin dağ yamaclarında, çayların, göllərin kənarında, meşələrin içində yaratdığı bu cür kilsələri qonşu xalqlara, xüsusən də türklərə qarşı qətliam, soyqırımı və fürsət düşdükdə isə işğalın həyata keçirilməsi üçün əsas siyasi-ideoloji mərkəz rolunu oynayıb. Erməni din xadimləri isə xristianlıq adı altında bu dinin mənəvi ideyalarına deyil, daha çox erməniliyə xidmət göstəriblər.

İkincisi, Rusiya ilə Qacarlar arasında baş vermiş müharibənin nəticəsi olaraq 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra Cənubi Qafqaza köçürülmüş ermənilər təbii ki, Qarabağda heç bir tarixi mədəni irsə sahib deyillər.

Buna görə də Avropa Parlamenti tərəfindən qəbul olunan “Erməni mədəni irsinin məhv edilməsi” ilə bağlı qətnamə Azərbaycanın əleyhinə olmaqla yanaşı, Cənubi Qafqaz regionundakı tarixi və müasir reallığın təhrifindən ibarətdir. Bu, uzun illər işğalçı ilə işğala məruz qalana fərq qoymayan dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə qarşı münasibətinin daha bir göstəricisi hesab edilə bilər.

Diqqət yetirdikdə məlum olur ki, bugünkü beynəlxalq hüquq və onun prinsipləri bir sıra böyük dövlətlərin maraqlarını təmin etmək üçün digər dövlətlərə qarşı daha çox təsir, təhdid və təzyiq vasitəsinə çevrilib.

Ən yeni tarixə diqqət yetirdikdə aydın olur ki, Avropa dövlətlərinin əksəriyyəti, eləcə də Qərb ayrı-ayrı qitələrin aborigen əhalisinə qarşı müxtəlif vaxtlarda həyata keçirdiyi kütləvi aparteid və genosid siyasətinə baxmayaraq multikultural və tolerant Azərbaycanda ermənilərin heç vaxt olmadığı tarixi irsinin müdafiəsinə cəhd göstərirlər.

Maraqlıdır ki, ayrı-ayrı regionlarda özlərinin bilavasitə fəaliyyəti, bəzən də fəaliyyətsizliyi nəticəsində yaranmış münaqişə zonalarında həlak olan, qaçqın düşən milyonlarla insanın faciəsini, eləcə də bəşəriyyətin ilkin sivilizasiya mərkəzləri kimi tanınan şəhərlərin bütünlüklə xarabalığa çevrildiyini müşahidə edən dövlətlər heç olmasa Cənubi Qafqazda yenicə bitmiş bir müharibədən sonra bölgədəki sülhə, yenidənqurmaya və birgəyaşayışa töhfə verməyə də çalışmırlar.

Avropa Parlamenti tərəfindən qəbul olunan məlum qətnamə həmin dövlətlərin guya xristian dünyasının İslam aləmi qarşısında avanpostu olan “əzabkeş” erməni xalqının mədəni irsinin qorunmasına deyil, Cənubi Qafqazda özlərinin siyasi təsir imkanlarını artırmağa çalışan dövlətlərin və təşkilatın maraqlarını təmin etməyə xidmət edir.

Sözsüz ki, hər hansı dövlət və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansısa bəyanat, qəbul edilmiş hər hansısa qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə bilməz.

Ermənilər isə Qarabağda onlara məxsus olmayan tarixi-mədəni irsin guya məhv edilməsi ilə bağlı beynəlxalq aləmə yaydıqları dezinformasiyadan uzaqlaşaraq, vaxtilə Azərbaycan torpaqlarında yaradılan indiki Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi, mədəni və dini irsin nə üçün məhv etdiklərinə dair sualları cavablandırmalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub