DÜNYA
Avstraliya Mərcan dənizində ilk sualtı otelini istifadəyə verir
Bakı, 30 noyabr, AZƏRTAC
Dekabrın 1-də Avstraliyada “Reefsuites” adlı ilk sualtı otel istifadəyə veriləcək.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, “Reefsuites” Mərcan dənizindəki Böyük Sədd Rifi yaxınlığında yerləşir. O, “Cruise Whitsunday” turoperatoru tərəfindən 2017-ci ildə siklon nəticəsində dağılmış suüstü otelin yerində inşa edilib.
Oteldə cəmi iki otaq var. Döşəmədən tavana qədər uzanan şüşə pəncərədən suyun altında nələr baş verdiyi görünür. Gecə vaxtı üçün xüsusi işıqlanma nəzərdə tutulur.
Qeyd edək ki, “Reefsuites” Avstraliyada ilk sualtı oteldir. Bənzər otellər Dubay, Tanzaniya, Sinqapur və Maldiv adalarında da mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]