DÜNYA
Avstraliyanın Kvinslend şəhərindəki muzeydə “Ölülər Kitabı”nın bir hissəsi tapılmışdır
Bakı, 24 aprel (AZƏRTAC). Avstraliyanın Kvinslend şəhərindəki muzeydə Ölülər Kitabının bir hissəsi tapılmışdır. Bu kitab Qədim Misirin ən məşhur memarlarından biri, Hapunun oğlu Amenhotepin dəfn ayini papirusudur.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, tapılmış əlyazmanın nə olduğunu misirşünas Con Teylor müəyyənləşdirmişdir.
Həmin papirus Britaniya Muzeyinin mumiyalardan ibarət səyyar sərgisindəki eksponatlar arasında idi.
Amonhotepin dəfn kitabının müxtəlif hissələri Boston İncəsənət Muzeyi, Nyu-Yorkdakı Metrpoliten Muzeyi və Britaniya Muzeyində saxlanırdı. Kvinslenddəki muzeydə isə kitabın bir hissəsinin olduğu barədə indiyədək heç bir məlumat yoxdur. Həmin hissə 20 metrlik papirus əlyazmanın fraqmentidir.
“Ölülər Kitabı”nda yazılmış ovsunları oxuyan kahinlər ölmüş adama o dünyaya keçməkdə "yardım" edirmişlər.