Avtomobil oğruları yaxalanmışlar
Bakı, 16 may (AZƏRTAC). Bir neçə gün əvvəl Ağcabədi rayonunun Arazbarı kənd sakini Məhiş Hacıyevə məxsus “VAZ-21074” markalı avtomaşın oğurlanmışdır.
Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhiş Hacıyevə məxsus “VAZ-21074” markalı avtomaşın mayın 15-də Masallı rayonu ərazisində hissələri sökülmüş vəziyyətdə tapılmışdır.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomaşını qaçırmış Sumqayıt şəhər sakini İslam Xəlfəliyev və Lənkəran rayon sakini Tariyel Quluzadə yaxalanmışlar.
Bundan başqa, mayın 15-nə keçən gecə Sumqayıt şəhəri ərazisində yaşayan Mehman Əsgərova məxsus “VAZ-2106” markalı avtomaşın qaçırılmışdır.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün saat 14.30 radələrində rayon ərazisində saxlanılmışdır.
Nəqliyyat vasitəsini qaçırmış Sumqayıt şəhər sakini Təhmasib Əliyev avtomaşınla birgə sonrakı araşdırmaların aparılması üçün Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]