İQTİSADİYYAT
“AzDataCom” şəbəkəsinə ölkənin əksər rayonlarının qoşulması təmin edilmişdir
Bakı, 6 yanvar (AZƏRTAC). Respublikanın bütün ərazisini əhatə edən “AzDataCom” şəbəkəsinə ölkənin əksər rayonlarının qoşulması təmin edilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Daşkəsən, Cəbrayıl, Ucar, Tovuz, Şəmkir, Göygöl, Tərtər, Zərdab, Quba, Siyəzən, Dəvəçi, Qusar, Xaçmaz (Xudat), Füzuli (Horadiz), Ağdam (Quzanlı), Neftçala, Samux və digər rayonlar şəbəkəyə qoşulmuşdur.
“AzDataKom” Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri “Milli E-idarəçilik təşəbbüsü” layihəsi çərçivəsində qurulur. Şəbəkə Azərbaycanın informasiya cəmiyyəti və elektron idarəetməyə inteqrasiyasına təməl rolunu oynayan infrastrukturun aparıcı hissələrindən biridir. Bu şəbəkə regionlarda və Bakı şəhərində yüksəksürətli əlaqəni təmin edəcəkdir.