RƏSMİ SƏNƏDLƏR
AZƏBRYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Çox hörmətli cənab Prezident, əziz Heydər Əlirza oğlu!
İcazə verin, jurnalistlik və yazıçılıq fəaliyyətimi yüksək qiymətləndirdiyinizə görə və məni fəxri hökumət mükafatı - “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin və səmimi təşəkkürümü bildirim. İnanın, Sizin dilinizdən belə gözəl tərif eşitmək mənim üçün çox dəyərlidir. Dövlət mükafatına gəldikdə isə, mən onu gələcək iş üçün, jurnalistikada və yazıçılıqda yeni yüksək zirvələrin fəth olunması üçün bir növ avans kimi qəbul edirəm.
Əziz cənab Prezident, şübhə etməyə bilərsiniz ki, bütün gələcək fəaliyyətimi yeganə bir məqsədə - respublikamızın bugünkü günü haqqında, Azərbaycan xalqının Sizin rəhbərliyiniz altında baş verən dövlət, siyasi-iqtisadi və mədəni dirçəlişi prosesləri haqqında doğru-düzgün, obyektiv söhbət açmağa həsr edəcəyəm.
Təkrar etməkdən usanmıram - özümü xoşbəxt sayır və fəxr edirəm ki, son illər ərzində az adamlar sırasında mənə Sizin yanınızda olmaq və tarixin yeni dönəmində, yeni siyasi və sosial-iqtisadi şəraitdə fitri Lider kimi özünün nəhəng potensialını reallaşdıra bilmiş dahi siyasətçinin işini bilavasitə yaxından müşahidə etmək kimi nadir fürsət düşmüşdür. Bu işləri XX əsrdə heç kim görə bilməmişdir və bu, heyran olmağa layiq nümunədir. Sizin bir dəfə şəxsi söhbətimiz zamanı mənə peyğəmbərcəsinə dediyiniz bu sözləri tez-tez xatırlayıram: “Məndən nigaran olma, mənə heç nə olmaz. Çünki mən öz xalqıma hələ çox gərəyəm!”
Allah eləsin ki, Siz ona çox-çox illər gərək olasınız və öz xalqınıza yenə də əvvəlkitək tükənməz enerji ilə və böyük həvəslə xidmət edəsiniz.
Əziz Heydər Əlirza oğlu, Sizə bahadır sağlamlığı, ailənizə, bütün doğma və yaxın adamlarınıza xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayıram!
Elmira Axundova
26 may 2003-cü il