İQTİSADİYYAT
Azərbaycan 102 xarici dövlətlə 4,7 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatı aparmışdır
Bakı, 18 aprel (AZƏRTAC). Cari ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 102 xarici dövlətlə 4,7 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, xarici ticarət dövriyyəsinin 3,4 milyard dollarını ixrac, 1,3 milyard dollarını isə idxal edilmiş məhsullar təşkil etmişdir. Əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin fiziki həcmi 9,9 faiz, o cümlədən idxal 1,9 dəfə, ixrac isə 3,8 faiz artmışdır.
İxracın idxalı 2,6 dəfə üstələməsi nəticəsində 2,1 milyard dollarlıq müsbət saldo yaranmışdır. Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (85 faizi) İtaliya, ABŞ, Fransa, Rusiya, Malayziya, Ukrayna, Türkiyə, İspaniya, Bolqarıstan, Çin, Almaniya, Hindistan, İsrail və Qazaxıstan dövlətləri ilə aparılmışdır.