ELM VƏ TƏHSİL
Azərbaycan alimi ABŞ-da xüsusi təcrübə təlim proqramında iştirak edir
Bakı, 9 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti elmi-təşkilat şöbəsinin rəisi, riyaziyyat üzrə fəlsəfə doktoru Əminağa Sadıqov Vaşinqton (ABŞ) şəhərində keçirilən “İntellektual mülkiyyət hüquqları: texnologiyaların transferi və kommersiyalaşdırılması” xüsusi təcrübə təlim proqramında iştirak edir.
AZƏRTAC xəbər verir ki, proqramın əsas məqsədi ABŞ-da intellektual mülkiyyət hüquqlarının qorunması sahəsində tətbiq olunan sistem, müəllif hüquqlarının pozulması, kontrafakt məhsulların istehsalı kimi aktual problemlərin və məsələlərin müzakirəsi, hazırda Amerika universitetlərində, elmi müəssisələrində, şirkətlərində texnologiyaların transferi və kommersiyalaşdırılması üçün istifadə olunan modellər haqqında məlumat mübadiləsi həyata keçirməkdir.