ELM VƏ TƏHSİL
AZƏRBAYCAN ALİMİNİN MƏRUZƏSİ MARAQLA QARŞILANMIŞDIR
Sloveniyanın Lyublyana şəhərində “Bio, nano və xüsusi texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirmişlər ki, Rusiya, Ukrayna, Almaniya, Fransa, Türkmənistan, Özbəkistan və digər ölkələrin alim və mütəxəssislərinin iştirak etdikləri tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun direktoru, AMEA - nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Vaqif Fərzəliyev təmsil etmişdir.
Konfransda V. Fərzəliyevin “Azərbaycan Milli Elmlər Akademiyasında nanotexnologiyalara aid aparılan elmi-tədqiqat işləri” mövzusunda məruzəsi maraqla qarşılanmışdır.