Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır

Bakı, 11 yanvar (AZƏRTAC). Almaniyada fəaliyyət göstərən nüfuzlu “Almaniyadan yəhudi səsi” elektron resursunda “Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır” sərlövhəli məqalə dərc olunmuşdur.(http://jewish-voice-from-germany.de/cms/azerbaijan-a-strategic-partner-for-germanys-energy-transition/). AZƏRTAC məqalənin xülasəsini təqdim edir.

Məqalənin müəllifi Siqfrid Quterman yazır ki, Fukusima fəlakətindən sonra Almaniya enerji siyasətini tamamilə dəyişməyi qərara almışdır. Bütün tərəflər atom enerjisindən 2022-ci ilə qədər imtina etmək niyyətindədir. Bu qərarın nəticəsində Avropanın böyük sənaye iqtisadiyyatı getdikcə daha çox təbii qazın idxalından asılı olacaqdır. Bununla yanaşı, özü də bərpa olunan enerji istehsal etməlidir.

Quterman yazır: “Berlin indi əlavə siyasi və iqtisadi tərəfdaş axtarmaq məcburiyyətindədir. Möhkəm Transatlantik əlaqələrdən kənara nəzər saldıqda, Berlinin diqqəti indi Qafqaz regionuna yönəlmişdir. Bu region təbii ehtiyatlarla zəngindir. Burada tərəfdaşlar üçün zəngin ümidverici imkanlar vardır”.

Müəllif xüsusi vurğulayır ki, Berlin üçün regionda yeganə həyati əhəmiyyətli strateji tərəfdaş Azərbaycandır. Almaniyanın həm özəl, həm də dövlət sektorlarında Bakının rolunun artdığını getdikcə daha çox anlayırlar. Almaniyanın və Avropanın iqtisadi ekspertləri ölkədə həyata keçirilən layihələrin potensialını aydınlaşdırırlar. Bu ticarət missiyanın diqqət mərkəzində əlbəttə ki, Azərbaycanın malik olduğu zəngin neft və qaz ehtiyatlarıdır. Avropa bu ehtiyatlardan enerji təhlükəsizliyi üçün faydalanmağa çalışır.

Quterman hesab edir ki, Avropa İttifaqı birtərəfli enerji asılılığından qaçmaq istəyir və Azərbaycan qazının da Qərbi Avropa ölkələrinə nəqlini təmin etmək üçün addımlar atır.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa ölkələrinin bir mənbədən qaz idxalından asılılığının qarşısını almağa cəhd göstərir. Müəllif Ottingerin “Almaniyadan yəhudi səsi” elektron resursuna verdiyi müsahibəsinə istinad edərək yazır: “Bizim uzunmüddətli enerji təminatını həll etməyimiz Avropa üçün daha mühüm əhəmiyyət kəsb edir. Azərbaycan siyasi cəhətdən sabit və xüsusən Avropa üçün mühüm strateji qaz və neft təminatçısıdır”. Almaniyanın federal hökuməti və parlamenti Azərbaycanın Almaniya üçün əhəmiyyətini anlamağa başlayır.

Müəllif Almaniyanın iqtisadiyyat naziri Filipp Röslerdən də sitat gətirərək yazır: “Enerji təhlükəsizliyini təmin etmək üçün Almaniyaya uzunmüddətli və etibarlı tərəfdaşlar çox vacibdir. Azərbaycan bizim enerji təchizatımızın təmin edilməsinə və bununla da digər ölkələrdən asılılığımızın azaldılmasına çox böyük töhfə verə bilər”.

Quterman “qızıl yatağı” adlandırdığı “Şahdəniz” qaz yatağının da əhəmiyyəti haqqında yazır. Bildirir ki, “Şahdəniz” yatağı Avropa İttifaqının enerji təhlükəsizliyinin təminində hazırda çox ehtiyac duyulan ən böyük mənbələrdən biridir. Mart ayında qazın “Nabucco”, yoxsa “Trans-Adriatik” kəmərləri vasitəsilə Qərbi Avropaya çatdırılması üçün qərar qəbul olunacaqdır. Təbii qazı Türkiyə, Bolqarıstan və Avstriya ərazilərindən nəql edəcək “Nabucco” layihəsi 2012-ci ilin sonuna qədər Almaniyanın “RWE” şirkəti tərəfindən dəstəklənirdi. “RWE”nin layihədə 17 faiz payı var idi. Layihənin yenidən qiymətləndirilməsi zamanı mənfi məqamların üzə çıxacağı ilə bağlı iddialar “RWE”nin öz səhmlərini Avstriyanın “OMV” şirkətinə satması ilə nəticələndi.

Alternativ TAP kəməri vasitəsilə Azərbaycan qazı Yunanıstana, Albaniyaya, oradan isə Adriatik dənizi vasitəsilə İtaliyaya nəql ediləcəkdir. TAP konsorsiumuna Almaniyanın “E.ON” , Norveçin “Statoil”, İsveçrənin “EGL” şirkətləri daxildir. Hazırda TAP layihəsi daha ümidverici görünür.

bp və onun tərəfdaşı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Şahdəniz” qaz yatağının istismarı haqqında müqavilə imzalamışlar. ARDNŞ 1993-cü ildə yaradılmışdır. Bu şirkətin təxminən 60 min işçisi vardır. Bir neçə ildən sonra “Şahdəniz” layihəsinin işlənilməsi ilə bağlı işlərə başlanacaqdır. Bu layihəyə əsasən il ərzində 16 milyard kubmetr qazın hasil ediləcəyi gözlənilir. 2025-ci ilə qədər hasil ediləcək qazın həcmi 50 milyard kubmetrə çatdırılacaqdır. Bu həcm isə 30 milyon istehlakçının təmin edilməsi üçün kifayətdir.

Müəllif yazır ki, Azərbaycanın bütövlükdə enerji resurslarının 2 milyard 550 milyon kubmetrini təbii qaz, 2 milyard tona qədərini isə neft təşkil edir.

Quterman Azərbaycanın xarici siyasətdə və demokratik cəmiyyət quruculuğunda mühüm uğurlar qazandığını da xüsusi vurğulayır. Qeyd edir ki, Almaniyanın etibarlı enerji təchizatı məsələsinin həm də təhlükəsizlik baxımından əhəmiyyəti vardır. Müəllif yazır ki, Rusiya özünün strateji maraqları olan güclü dövlətdir. Azərbaycan isə imperiya ambisiyaları olmayan kiçik bir dövlətdir. Lakin kiçik olmasına baxmayaraq, Azərbaycan sabit və etibarlı tərəfdaşdır.

Müəllif yazır ki, Azərbaycan 9 milyon əhalisi olan Avstriya ilə ərazi baxımından demək olar ki, eynidir. Xəzər dənizi sahilində, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən bu ölkə olduqca əlverişli coğrafi mövqeyə malikdir. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Qərb demokratiyası nümunəsində siyasi islahatlar həyata keçirir. Prezidentli respublika olan Azərbaycanda parlamentdə təmsil olunan çoxlu sayda siyasi partiya fəaliyyət göstərir. Azərbaycanda yüzlərlə mətbu orqan və teleradio vardır.

Müəllif sonra yazır: “Tez-tez yaddan çıxsa da deməliyik ki, Azərbaycan dini dözümlülük ənənəsi olan və mədəni cəhətdən çox açıq ölkədir. Əhalisinin əksəriyyəti müsəlmandır, amma burada azlıqların hüquqlarına hörmət vardır, xristianlar və yəhudilər öz dini inanclarını yerinə yetirməkdə azaddırlar. İsrail, İspan və Almaniyadan sonra Azərbaycanın yəhudi icması sayca dünyada ən böyüyüdür. Müsəlman şərqində ilk opera məhz Bakıda yaradılmışdır.

Azərbaycanda qadınların statusunu da nümunə göstərmək olar - 2012-ci ildə 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı məhz burada keçirilmişdir.

Azərbaycan daxili və xarici siyasətində həmişə sabitliyə və tarazlığa çalışır. Buna baxmayaraq, dövlətin ağrılı problemi də vardır. Sovet İttifaqı dağılandan sonra qonşu Ermənistan ilə Azərbaycan arasında münaqişə baş verdi. Döyüşlər nəticəsində erməni ordusu ölkə ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ anklavını işğal etdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsinə (822, 853, 874, 884 nömrəli) baxmayaraq, Yerevan beynəlxalq qanunvericiliyin ziddinə olaraq ələ keçirdiyi əraziləri hələ də işğal altında saxlayır.

Quterman dönə-dönə vurğulayır ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğalı regional prosesləri ləngidir və regionun təhlükəsizliyini təhdid edir. Sosial Demokrat Partiyasının (SDP) sədri Siqmar Qabriel BMT TŞ qətnamələrinin həyata keçməməsinə və qaçqınların və məcburi köçkünlərin vəziyyətinə təəssüf edir. Quterman Siqmar Qabrieldən sitat gətirir: “Ermənistan-Azərbaycan münaqişəsi 20 ildir ki, həll olunmur, məcburi köçkünlər öz doğma torpaqlarına qayıda bilmirlər. İki ölkə arasında intensiv döyüşlər rəsmi olaraq 1994-cü ildə atəşkəs razılaşması ilə başa çatdı. Amma bu, regiona sülh gətirməyib. Tərəflər arasında qoşunların təmas xətti boyu müntəzəm olaraq atışma gedir, insanlar yaralanır, həlak olur. BMT qətnamələri yerinə yetirilməyib, qaçqın və məcburi köçkünlər isə münaqişənin həll edilməsini gözləyirlər”.

Quterman digər bir siyasi xadimdən də sitat gətirir. Onun sözlərinə görə, Avropa Parlamentinin prezidenti Martin Şults da eyni fikirdədir: “Avropa İttifaqı Nobel mükafatına layiq namizəd idi. Təkcə ona görə yox ki, o, qitədə barışdırıcı rol oynayır. Həm də ona görə ki, o, İttifaqın sərhədlərindən uzaqda da münaqişələrin həllinə çalışır. Bu, İttifaqı lap astanasına gəlib çatmış münaqişələrin həllində daha fəal iştirak etməyə sövq edir. Burada, ilk növbədə, Dağlıq Qarabağ, Qərbi Saxara və Yaxın Şərq münaqişələri yada düşür”.

Azərbaycanın kifayət qədər böyük ərazisinin işğalını beynəlxalq ictimaiyyət görməzliyə vurub. Azərbaycan dövləti təkcə qonşu dövlətin deyil, həm də Qərbi Avropanın biganəliyinin qurbanı olmuşdur”.

Müəllif fikirlərini belə yekunlaşdırır: “Azərbaycan Qərbi Avropa ilə əlaqələrini möhkəmləndirmək istəyir. İndi siyasətçilər və biznes liderləri, xüsusən alman siyasi xadimləri bunu nəzərə almalı, bu gənc respublika ilə əlaqələri yaxşılaşdırmalıdırlar. Ermənistanla münaqişənin həlli üçün atılan addımlar həm Avropanın, həm də Almaniyanın marağına xidmət edir”. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub