Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır

Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasındadır

Bakı, 19 iyul (AZƏRTAC). Azərbaycan jurnalistləri öz peşə bayramlarını - Milli Mətbuat Gününü qeyd etməyə hazırlaşırlar. Bu əlamətdar gün ərəfəsində mətbuatımızın keçdiyi yola nəzər salmaq, qarşıda duran vəzifələr və perspektivlərlə bağlı fikir mübadiləsi aparmaq zərurəti yaranır. “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin məqaləsi bu baxımdan aktualdır.

Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarına təbrikində deyilir: “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir”. Prezidentin bu fikirləri Azərbaycan mətbuatının bu gününə və gələcəyinə baxış olmaqla yanaşı, qarşıda duran vəzifələrə də işıq salır.

Demokratik cəmiyyətin əsas prinsiplərindən biri söz, mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasıdır. Mətbuat azadlığı hər bir ölkənin inkişafı üçün vacib amil kimi önə çəkilir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə inamlı addımlar atan, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən Azərbaycanda azad mətbuatın inkişafı daim diqqətdə olan məsələlərdəndir. Dövlət başçısı İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar mövcuddur.

Azərbaycan milli mətbuatının 138 illiyi ərəfəsindəyik. Hər bir bayram tədbiri bir hesabatdır. Keçilən yola nəzər salınır, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Müstəqil Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirdiyini, qarşıya yeni hədəflər qoyduğunu nəzərə alsaq, arxada qalan illərin uğurlarını bir yazıda əks etdirmək mümkünsüzdür. İnkişafın Azərbaycan modeli beynəlxalq səviyyədə təqdir olunub, öyrənilməsinin vacibliyi vurğulanırsa, təbii ki, bu, Azərbaycan dövlətinin uğurlu siyasətinin nəticəsidir.

Bu gün hansı sahənin inkişafından bəhs ediriksə, uğurlarımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində yeni səhifələr açdı. Bu səhifələri vərəqlədikcə Ulu Öndərin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyasının genişliyi daha aydın nəzərə çarpır, böyük qürur hissi yaradır. Ulu öndər Heydər Əliyevin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də onun bu sahənin inkişafına dəstəyindən və qayğısından qaynaqlanmışdır.

1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatımız ötən dövr ərzində mürəkkəb, eyni zamanda şərəfli yol keçərək, bütün dövrlərdə cəmiyyətin güzgüsü olmuşdur. Ölkə reallıqlarına bələdçilik funksiyasını yerinə yetirən mətbuatımızın inkişafı istiqamətində dövlət müstəqilliyinin bərpasından sonra bir-birindən əhəmiyyətli addımlar atılmışdır. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan xaos, anarxiya, özbaşınalıq digər sahələr kimi, mətbuatın inkişafına da öz mənfi təsirini göstərirdi. Mətbuat azadlığından söhbət belə gedə bilməzdi. Hər addımda söz, fikir azadlığı boğulur, azad sözün müdafiəsində dayanan jurnalistlər mənəvi və fiziki təzyiqlərə məruz qalırdılar. Demokratiyanı xaos, anarxiya kimi dəyərləndirən həmin dövrün iqtidarını yalnız və yalnız öz şəxsi ambisiyaları düşündürürdü.

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr digər sahələr kimi, mətbuatın inkişafında da yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan hüquqlarının qorunması, mətbuat azadlığının, plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəlcədən qəbul etdiyimiz prinsiplərdir. Eyni zamanda, bu fikir də önə çəkilirdi ki, dövlət siyasətinin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsidir.

Ümummilli lider Heydər Əliyev mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsini, ona dövlət qayğısının artırılmasını, söz, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinə dönmədən əməl edilməsini daim diqqətdə saxlayırdı. Mətbuata dövlət nəzarəti mexanizmi olan senzuranın aradan qaldırılması, beynəlxalq tələblərə cavab verən “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunların qəbul olunması, Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi və digər bu kimi bir-birindən əhəmiyyətli addımlar həmin diqqət və qayğıdan qaynaqlanırdı. Ümummilli lider Heydər Əliyev söz və mətbuat azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılmasını təmin etməklə cəmiyyətdə qarşılıqlı anlaşmanın, səmimiyyətin dərinləşməsini, insanların öz fikir və mülahizələrini azad, maneəsiz çatdırma imkanlarının genişləndirilməsini başlıca məqsəd kimi qəbul etdiyini təsdiqləyirdi.

“Kütləvi informasiya vasitələri haqqında” qanunda da bu fikirlər öz əksini tapır ki, KİV-lərin təsis olunması, ondan istifadə, onun idarə edilməsi qanunvericilikdə nəzərdə tutulan hallardan əlavə məhdudlaşdırıla bilməz. Mətbuat azadlığı vətəndaşların qanuni yolla informasiya əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Ulu öndər Heydər Əliyevin “Kütləvi informasiya vasitələri haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi haqqında” 2002-ci il 11 may tarixli Fərmanı yazılı mətbuatın təsis edilməsini və ondan istifadə imkanlarını asanlaşdırmaqla, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür. Təbii ki, bu kimi addımlar dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanır. Daim yeniliyə, müasirliyə önəm verən dövlətimiz bu və ya digər sahələrin inkişafına xidmət edən qanunları təkmilləşdirməyə səy göstərir. Milli Konstitusiyamıza bir neçə dəfə edilən əlavə və dəyişikliklər də buna əyani sübutdur. Ali qanunumuzda bütün azadlıqlar öz əksini tapmışdır.

İnsan hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas tərkib hissəsi kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev bildirirdi ki, yaradılan demokratik şəraitdən sui-istifadə edib şər, böhtan yazmaq cinayətdir. Jurnalist məsuliyyətli olmalı, mətbuatın qarşısında dayanan əsas prinsiplərə yüksək səviyyədə əməl etməlidir. Onun bu tələbi təbii ki, göstərilən diqqət və qayğıya əsaslanırdı. Mütəmadi olaraq jurnalist kollektivləri ilə görüşlər keçirən Heydər Əliyev onların problemləri, qayğıları ilə yaxından tanış olur, bu problemlərin həlli istiqamətində zəruri addımlar atırdı. Dahi şəxsiyyət jurnalist əməyini yüksək qiymətləndirərək deyirdi: “Jurnalistin əməyi qeyri-adi əməkdir, olduqca böyük zəhmət tələb edən əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.

Məhz bu sahədə görülən işlərin nəticəsidir ki, Azərbaycan azad mətbuatın inkişaf etdiyi ölkələr sırasında yer tutur. Ölkəmizdə internet istifadəçiləri əhalinin 70 faizindən çoxunu təşkil edir. Günümüzün əsas meyarı da məhz informasiya bolluğudur və ölkənin gücü, qüdrəti bununla ölçülür. Təbii ki, faktlara əsaslanan, reallığı özündə əks etdirən informasiyanın təsir imkanları daha genişdir.

Bir sözlə, ulu öndər Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşməsini təmin etdi, vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli seçən ölkəmizdə KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu.

Ümummilli liderin mətbuatın inkişafına yönələn xidmətlərindən bəhs edərkən hər zaman bir fakt önə çəkilir ki, Heydər Əliyev peşə etikasını kobud şəkildə pozan, faktlara deyil, şəxsi mülahizələrə söykənən “yazarlar”ın cəzalandırılmasına yol vermir, dövlət məmurlarına dözümlü olmağı tövsiyə edirdi. O, ölkədə söz və mətbuat azadlığının qarantı olduğunu vurğulayaraq bildirirdi: “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir”.

Mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın özünütənzimləməsi mexanizminin tətbiqinə yol açdı. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Qurumun qarşısında dayanan əsas məqsədlərdən biri jurnalistlərin peşə etikası Kodeksinin tələblərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsidir. Şura fəaliyyətə başladığı gündən KİV-lərin saflaşdırılması istiqamətində mühüm addımlar atmış, jurnalistlərin peşəkarlığının artırılmasında müsbət nəticələr əldə etmişdir. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçılarına ünvanladığı təbrikində də mətbuatın özünütənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurasının media-dövlət, media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynadığı qeyd olunmuşdur. Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına, dövlət orqanları, vətəndaşlarla mətbuat arasında münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının yüksəlməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət etmişdir.

Azad mətbuatın inkişafı istiqamətində beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT-lə sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və bu siyasətin son on ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkəmizdə 5 mindən artıq kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizdə internetdən istifadə azaddır, ona heç bir məhdudiyyət yoxdur.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanın hərtərəfli inkişafı üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin zəruriliyini vurğuladı və bu vədini konkret əməli işlərlə təsdiqlədi. 2003-cü ildən sonrakı dövr Azərbaycan tarixində Böyük Yolun davamı kimi dəyərləndirilir. Demokratikləşmə prosesinin sürətləndirilməsinin Azərbaycanın hərtərəfli inkişafında vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyev bu addımların hansısa beynəlxalq təşkilata, dövlətə xoş gəlmək naminə deyil, Azərbaycanın uğurlu gələcəyi üçün atıldığını qeyd edərək demişdir: “Siyasi islahatlar iqtisadi islahatları qabaqlamamalıdır, eyni zamanda, geridə də qalmamalıdır. Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir”.

Görülən işlərin fonunda mətbuata diqqət və qayğısı daha aydın görünən Prezident İlham Əliyev bir çox çıxışlarında mətbuatın üzərinə düşən vəzifələrdən bəhs edir, onların icrasında dövlətin hər cür dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırır.

Son on ildə dövlətimizin başçısı İlham Əliyevin KİV-lərin inkişafına xidmət edən addımlarına qısaca nəzər salaq. 2005-ci ildə “Əməkdar Jurnalist” adının bərpa olunması, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalanmışdır. Həmin ildə mətbuatın 130 illik yubileyinin yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi atılan addımlar sırasındandır.

Azərbaycan milli mətbuatının 135 illik yubileyi də dövlət başçısının bir-birindən əhəmiyyətli sərəncamları ilə yadda qaldı. Belə ki, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi, bir qrup jurnalistin fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edilməsi barədə sərəncamlar imzalamaqla yanaşı, dünyada analoqu olmayan bir addımı da atdı. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanan sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış binasının tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Bir neçə gündən sonra, 22 iyul - Milli Mətbuat Günündə binanın istifadəyə verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” 2008-ci il 31 iyul tarixli Sərəncamı, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” da mətbuata diqqət və qayğının bariz nümunələrindəndir. Konsepsiyada qeyd edildiyi kimi, dövlətin informasiya siyasətinin başlıca vəzifələrindən biri kütləvi informasiya vasitələrinin fəaliyyətində şəxsiyyət, cəmiyyət və dövlət maraqlarının tarazlaşdırılmasına yönəlmiş hüquqi, iqtisadi, təşkilati və texnoloji tədbirlərin müəyyən edilməsidir. Milli mətbuatın mütərəqqi ənənələrinin qorunub saxlanılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi prioritet məsələdir. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət prinsipləri əsasında həyata keçirilir. Eyni zamanda, sənəd mətbuata dövlət dəstəyi, kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi, KİV-lərin inhisarlaşmasının qarşısının alınması, ictimai maraqları əks etdirən layihələrə üstünlük verilməsi, regional kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi kimi prinsipləri özündə ehtiva edir.

Dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq Prezident İlham Əliyevin 2009-cu il 3 aprel tarixli Sərəncamı əsasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Ölkə Prezidentinin 2009-cu il 22 may tarixli Sərəncamına əsasən isə fondun icraçı direktoru və Müşahidə Şurasının üzvləri təyin edildi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata hərtərəfli qayğısının daha bir əyani təzahürüdür. Fondun yaradılmasında əsas məqsəd məhz azad mətbuatı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını, o cümlədən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət göstərməkdir. Fondun və Mətbuat Şurasının müxtəlif nazirliklərlə birlikdə günümüzün reallığını əks etdirən ayrı-ayrı mövzulara aid yazı müsabiqələri keçirmələri, qaliblərin pul və diplomlarla mükafatlandırılması müstəqil mətbuatın inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına, yaradıcılıq imkanlarının genişləndirilməsinə yönəlmiş mütərəqqi addımlardır. Fond yazı müsabiqələrinə xüsusi önəm verməklə jurnalistlərin fərdi peşəkarlığına, redaksiyalarda yaradıcılıq mühitinin inkişafına dəstək olur. Dövlət başçısı İlham Əliyev 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışında bu haqda danışarkən demişdir: “Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır”.

Xatırladaq ki, 2009-cu ilin martında keçirilən referendumda Konstitusiyanın 29 maddəsinə edilən 40-a yaxın əlavə və dəyişikliklər arasında mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasına xidmət edən müddəalar da yer almışdır. “Şəxsiyyət toxunulmazlığı hüququ” maddəsinə edilən əlavəyə görə, qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Heç kəs onun xəbəri olmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin, “Məlumat azadlığı” maddəsinə edilən əlavə də demokratik prinsiplərin inkişafına yönəlib. Əlavəyə əsasən hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Azərbaycanın müharibə şəraitində yaşayan ölkə olduğunu, eyni zamanda mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın rolu və vəzifələri aydın şəkildə görünür. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində də Azərbaycan oxucusunun, tamaşaçısının yazılı və elektron KİV-lərdən gözlədikləri öz əksini tapmışdır. Məqalədə bildirilir ki, kütləvi informasiya vasitələri ölkəmizdə və dünyada baş verən hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırmalı, onları yüksək peşəkarlıqla şərh etməli, maarifləndirici yazılara, verilişlərə geniş yer verməlidir. Milli mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Təbliğat xarakterli, vətənpərvərlik ruhunda yazılar dövrün tələbidir.

Bu gün Cənubi Qafqazın parlayan ulduzu hesab olunan, yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilən Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Problemin həllində Azərbaycan dövlətinin dəyişməz mövqeyi dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edilir. Dağlıq Qarabağ problemi ümummilli məsələdir. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi, bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə, ümumiyyətlə, iqtidar-müxalifət söhbəti olmamalıdır. “Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər”, - deyən Prezident İlham Əliyev, eyni zamanda bildirir ki, həm ölkə daxilində, həm də beynəlxalq media nümayəndələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılmalıdır. Dağlıq Qarabağ problemi gündəlik işimiz olmalıdır. Azərbaycan həqiqətlərinin faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılması ölkəmizin diplomatik mübarizədə qələbəsini şərtləndirən əsas amillərdəndir. Buna görə də mətbuat bu istiqamətdə səylərini daha da artırmalıdır. Hazırlanan hər yazıda peşəkarlıqla yanaşı, jurnalist məsuliyyəti də unudulmamalıdır.

2010-cu ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuya əsasən Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi dövlətimizin başçısının azad mətbuatın inkişafına diqqət və qayğısına verilən dəyərdir. “Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir»,- söyləyən Prezident İlham Əliyev bildirir ki, ölkədə müasir jurnalistikanın formalaşması işində səylərini əsirgəməyəcək, bundan sonra da Azərbaycanda bu sahədə böyük addımlar atılacaqdır. Dövlətimizin başçısı bununla bir daha təsdiqləyir ki, demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-lərin iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və qarşıda duran vəzifələri tam məsuliyyətlə, yüksək səviyyədə yerinə yetirir.

Azərbaycan jurnalistlərinin VI qurultayında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov milli mətbuatımızın inkişafı fonunda dövlətin Azərbaycan jurnalistikasından gözləntisini də diqqətə çatdıraraq demişdir: “Hökuməti, icra strukturlarını, məmurların fəaliyyətini tənqid etmək olar. Dəfələrlə ölkə Prezidenti məmurları müxalifət mətbuatından da sərt tənqid etmişdir. Amma Azərbaycan Prezidenti bütün addımlarında dövlətin maraqlarından çıxış edir, onu rəhbər tutur. Buna görə də jurnalistlər vətənpərvərlik hissini, məsuliyyətlərini unutmamalıdırlar”. Qurultayda bir daha qeyd olunmuşdur ki, medianın konsepsiyası abad və firavan Vətən, nizam-intizamlı hökumət, dövlətin və hər bir vətəndaşının maraqlarının qorunması prinsipləri üzərində qurulmalıdır.

Uğurlarımız yeni hədəfləri müəyyənləşdirməkdə stimul rolunu oynayır. Prezident İlham Əliyevin Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası beynəlxalq səviyyədə yol xəritəsi kimi dəyərləndirilir. Başlıca hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Təbii ki, bu inkişaf, tərəqqi dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, digər sahələr kimi mətbuatın da qarşısında yeni imkanlar açır.

Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir daha təbrik edir, onlara yaradıcılıq uğurları arzulayıram. Qoy yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapsın, soydaşlarımız doğma yurd-yuvasına qayıtsın və bu sevincimiz mətbuat səhifələrini bəzəsin. İnanıram ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu problem də öz ədalətli həllini tapacaq, işğal altındakı Azərbaycan torpaqları azad olunacaq və biz hamılıqla bu qələbəni bayram edəcəyik.

Vüqar Rəhimzadə

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru,

Mətbuat Şurası İdarə Heyətinin üzvü,

Əməkdar jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib